Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

"Xəzər Lənkəran"ın son durumu

Sayta qoyulub: 14:38 31.07.2017 (670 dəfə oxunub)

"Xəzər Lənkəran"ın son durumu

 

 

Stadionunun qarşısındakı kassanın bağlı olmağı, fan-şopun fəaliyyətsiz qalmağı sanki Lənkəran üçün futbolsuz həyatın göstəricisidir. “Fırtınalar meydanı”nın səssizliyi, sükutu həm lənkəranlılar, həm də “Xəzər Lənkəran” üçün ağırdır. Bir vaxtlar şəhər küçələrində "Xəzər Lənkəran" deyə hayqıran, komanda ilə ürəkləri döyünən azarkeşlər artıq qeybə çəkiliblər.


Lənkəran futbol baxımından sanki qəbiristanı, şəhər stadionu isə başdaşını xatırladır. Ölüdən də səs çıxar? Əslində, buna səssizlik deməzdik. Bu gün Lənkəranda futbol mövzusunda danışsaq, uşaqdan böyüyə hamı eyni sualı verəcək - “Xəzər Lənkəran” nə vaxt qayıdır? Ağırdır. “Xəzər Lənkəran”ın öz akademiyasının futbolçularına ümid etdiyi son mövsüm belə burada futbolun yaşadığının göstəricisi idi. İndi isə…


Lənkəranda olduğumuz 2 gün ərzində şəhərin futbol həyatı, klubun hələ də pis-yaxşı fəaliyyət göstərən futbol akademiyası, stadionun vəziyyəti ilə maraqlandıq. "Xəzər Lənkəran" tarixin yaddaşına köçsə də, bu bölgəni siyahıdan silmək olmaz. Çünki qərb bölgəsi kimi cənub bölgəsi də heç vaxt futbolçu yetişdirmə sarıdan korluq çəkməyib. Sanki bir bulaqdır, sadəcə, gözü tutulub.


"Xəzər Lənkəran"ın son durumu


"Əlavə 2 qrup yaratmaq istəyirik"


Yaxşı günlərdə ölkənin ən yaxşı futbol məktəblərindən biri hesab edilən "Xəzər Lənkəran"ın futbol akademiyası fəaliyyətini davam etdirsə də, əvvəlki əzəmətindən çox uzaqdır. Hazırda məktəbdə 3 yaş qrupu fəaliyyət göstərir – U-13, U-14 və U-17. Hər 3 komanda AFFA-nın bayrağı altında keçirilən yarışlarda iştirak edir. Son mövsümdə U-17 komandası 13 iştirakçı arasında IX yeri tutub. U-13 və U-14 komandaları isə final mərhələsinə vəsiqə qazanıblar.


Amma 1/4 finalda "ilişərək" medalçılar sırasına düşə bilməyiblər. Akademiyada daha bir qrup fəaliyyətdədir ki, burada 10 yaşına kimi uşaqlar futbolla məşğul olurlar. Hazırda akademiyada 3 yaş qrupunda 60 futbolçu var. Balacaları da nəzərə alsaq, say 100-ü keçir. Amma klub fəaliyyət göstərdiyi vaxtlar məktəbdə bundan 2-3 dəfə çox uşaq var idi. Özü də onların bir qismi ətraf rayonlardan akademiyaya cəlb olunmuşdular.


Məsələn, Astaradan, Masallıdan, Cəlilabaddan onlarla uşaq və gənc "Xəzər Lənkəran"ın akademiyasında həm futbolun sirlərinə yiyələnirdilər, həm də təhsillərini davam etdirirdilər. Klubun fəaliyyətini dayandırması ilə bu gözəl iş yarımçıq qaldı. İndi 60 uşaqdan cəmi 2-si Masallıdandır ki, onlar da hər gün valideynlərinin hesabına Lənkərana gəlib-gedirlər.


"Xəzər Lənkəran"ın son durumu


"Xəzər Lənkəran"ın tarixin yaddaşına köçməyi təkcə uşaqların deyil, məşqçilərin də sayına təsirsiz ötüşməyib. Hazırda məktədə cəmi 3 məşqçi var – akademiyanın rəhbəri Ağadadaş Həmidov, Röyal və Xəyal Abbasov qardaşları.


Lənkəranda olduğumuz müddətdə akademiyanın uşaqları yay tətilinə buraxıldığından, nə onların məşqlərini izləyə, nə də məşqçilərlə görüşə bildik. Əvəzində bir neçə gün sonra Ağadadaş müəllimlə əlaqə saxlayab vəziyyətlə bağlı bilgi ala bildik. Bu ayın 20-dən etibarən qruplar artıq məşqləri bərpa ediblər. Əslində, məşq prosesi ilə bağlı hansısa problem yoxdur. Yeganə problem yoxlama oyunları ilə bağlıdır.


Məlumdur ki, belə oyunlar həm uşaqların oyun praktikasını artırmaq, həm də futbolçuların hazırlıq vəziyyətini öyrənmək üçün vacibdir. Zaman-zaman Masallı, Astara komandaları ilə yoxlama oyunları keçirən "Xəzər Lənkəran"lı uşaqlar bu oyunlarda nəyə qadir olduqlarını tam olaraq ortaya qoya bilmirlər. Çünki həmin komandalar o qədər də güclü deyillər. Zəif komandalarla oyunlarda isə hər şey normal görünə bilər. Ağadadaş müəllim bu problemi yoluna qoymaq üçün Bakı və Sumqayat komandaları ilə yoxlama oyunları keçirməyi planlaşdırdıqlarını və bu barədə rəhbərliyə müraciət etmək fikrində olduqlarını söylədi. 


Akademiya rəhbərindən uşaqların idman ləvazimatları və "ekipirovka" ilə təminatı barədə də soruşduq. Həmsöhbətimiz bu sarıdan heç bir problemin olmadığı söylədi. Başqa sözlə, 5-6 il əvvəl vəziyyət necə idisə, indi də elədir. Üstəlik, əsas komandanın avtobusu uşaqların qulluğundadır.


Görünən ən böyük problemlərdən biri də U-15 və U-16 komandalarının olmamasıdır. Fikrimizi bir qədər açıq izah edək. Ötən mövsüm U-14 liqasında top qovan 14 yaşlı futbolçu bu il 15 yaşlıların çempionatında oynamalıdır. Lənkəranda isə belə komanda yoxdur. Çıxış yolu nədədir? Gərək ya bu yaşda komanda yaradılsın, ya da həmin uşaqlar məcburən U-17 komandasında çıxış etsinlər.


"Xəzər Lənkəran"ın son durumu


İkinci halda 15 yaşlı uşağın 17 yaşlılar arasında özünü göstərməsi çox çətindir. Ağadadaş müəllim bunun fərqində olduqlarını deməklə yanaşı, bu ildən etibarən daha 2 yaş qrupu yaratmaq fikrində olduqlarını bildirdi: "15 yaşlı uşağın özündən 2 yaş böyüklərlə futbol oynaması bir tərəfdən həmin uşağa yaxşıdır. Çünki daha çox bərkə-boşa düşür. Amma fizioloji baxımdan bu məqam uşağa problemlər yarada bilər. Bu barədə rəhbərliyə məlumat vermişik. Vəziyyətdən halidirlər. Əlavə 2 qrup yaratmaq və bu problemi həll etmək istəyirik".


Ağadadaş müəllimlə söhbətimizin sonunda ötənilki 17 yaşlıların sonrakı taleyi ilə maraqlandıq. Başqa sözlə, son mövsüm U-17 liqasında oynayan futbolçuların bu ilki futbol həyatı necə olacaq? Təcrübəli mütəxəssis sualımızı belə cavablandırdı: "Bizdə daha böyük yaş qrupunun olmaması o demək deyil ki, 17 yaşı tamam olmuş futbolçuları taleyin ümidinə buraxırıq. Elə futbolçuları Bakı və digər rayonların komandalarına baxışa göndəririk. Baxışdan uğurla keçənlər həmin komandalarla müqavilə bağlayırlar. Keçə bilməyənlər isə…


Futbolla məşğul olan uşaqların hamısının peşəkar futbolçu olması mümkün deyil. Özü də həmin komandalarla müqavilə bağlayan futbolçuları təmənnasız buraxırıq. Təki itib-batmasınlar. Bu, təkcə 17 yaşı tamam olan futbolçulara aid deyil. Əgər aşağı yaş qrupumuzda oynayan hansısa istedadlı uşağı başqa akademiyalardan istəsələr, onların da gedişinə mane olmuruq. Bilirik ki, həmin uşaqlar rəqabət böyük olan yerdə daha çoxunu öyrənə bilərlər.


Bu gün fikir versək, akademiyamızın bir uşağının belə adı yığma komandaların siyahısında yoxdur. Amma əslində belə deyil. Yığmalarda bir neçə lənkəranlı uşaq var. Hansılar ki, bir vaxtlar burada futbolun sirlərini öyrəniblər. Sonradan başqa komandalara keçməklə həm də yığma komandalara düşə biliblər. Təbii ki, uşaqlarımızın bu uğurunu görəndə əməyimizin hədər getmədiyinə görə sevinirik".


Futbol olmayan yerdə stadion saxlamağın mənası var?


Lənkəranda olduğumuz müddətdə bizə bələdçilik edən klubun mətbuat xidmətinin sabiq rəhbəri, hazırda stadionun direktoru olan Hüseyn Cəbrayıloğlu əvvəlcə rəhbəri olduğu idman qurğusunun fəaliyyəti barədə ətraflı məlumat verdi. Məlum oldu ki, stadion istənilən səviyyədə oyunu qəbul etməyə tam hazırdır. Hər gün qazon suvarılır, işıqlandırma sistemi qaydasındadır, soyunub-geyinmə otaqları, otel də həmçinin. Rəhbərlik əlini stadionun üstündən götürməyib.


"Xəzər Lənkəran"ın son durumu


"Palmali"nin Bakı ofisinin yardımı və stadion ərazisində fəaliyyət göstərən mağazalardan alınan icarə pulu ilə stadionu əvvəlki vəziyyətində saxlamaq mümkün olub. Hətta bu yay bəzi təmir işləri aparılıb. Əvvəlki illərdə Lənkəran çayının daşması nəticəsində stadionun ərazisini 2 dəfə su basmış, isti su sistemini sıradan çıxarmışdı. Bir müddət əvvəl həmin sistem yenilənib. Hovuzda, bazanın otaqlarında da yenidənqurma işləri aparılıb. 8 il əvvəl Azərbaycan yığması bu stadionda Finlandiya millisini qəbul etmişdi. Bu gün də Lənkəran stadionu o səviyyədə oyunları qəbul etməyə hazırdır. 


Məlumdur ki, stadionu bu səviyyədə saxlamaq heç də az xərc tələb etmir. Məsələn, təkcə qazonun suvarılması ayda təxminən 1000 manat pul "istəyir". Bu, ildə 12 min manat edir. Futbol olmayan yerdə stadion saxlamağın mənası var? Həmsöhbətimiz hamının "Xəzər Lənkəran"ın yenidən qayıdacağına inandığını söylədi: "Məhz bu ümid əlimizi yanımıza salmağa imkan vermir. Biz üzərimizə düşən öhdəliyi yerinə yetiririk.


Məqsədimiz stadionu əvvəlki səviyyəsində saxlamaqdır. Bu, böyük xərc tələb etsə belə. 3-4 il əvvəl stadionun 85 işçisi var idi. Bura ancaq texniki heyət daxil idi. Akademiyanın müəllimlərini də bura əlavə etsək, işçi sayı 120-i keçirdi. İndi isə cəmi 13 işçimiz var. Onlardan biri işıqlandırma sisteminə, biri qazona cavabdehdir. O ki qaldı öt örtüyündən istifadə etməyə, akademiyanın U-17 komandası ev oyunlarını əsas meydanda keçirir. Digər qruplar isə yardımçı meydanda. Yeri gəlmişkən, oranın da ot örtüyü əla vəziyyətdədir".






Bakı-Lənkəran-Bakı

"Het-trik news"

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat