Ramil Quliyev Türkiyəyə qızıl qazandırdı

Sayta qoyulub: 15:06 02.07.2017 (303 dəfə oxunub)

Azərbaycan əsilli atlet Ramil Quliyev Türkiyə yığmasının heyətində növbəti nailiyyətə imza atıb. 27 yaşlı sprinter Fransanın paytaxtı Parisdə keçirilən Brilliant Liqada qızıl medal qazanıb.


O, 200 metr məsafəyə qaçışda 20,15 saniyə nəticə göstərib. Gümüş medala finişə 20,27 saniyəyə çatan hollandiyalı Şurandi Martina, bürünc medala isə 20,45 saniyə göstərici ilə yamaykalı Raşid Duayer sahib çıxıb.


Qeyd edək ki, Ramil Quliyev 2011-ci ildə Türkiyə vətəndaşlığını qəbul edib.

 

Ramil Quliyev Türkiyəyə qızıl qazandırdı

 

 

qol.az

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ