Boksçumuz Avropa çempionatının finalına çıxdı

Sayta qoyulub: 21:54 23.06.2017 (391 dəfə oxunub)

Ukraynanın Xarkov şəhərində kişi boksçular arasında keçirilən Avropa çempiontında yarımfinal görüşləri başa çatıb. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, Azərbaycan millisinin üzvü Kamran Şahsuvarlı bu mərhələdə macarıstanlı Zoltan Harcsa ilə qarşılaşıb.

75 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya mükafatçımız növbəti döyüşdən də qalib ayrılıb. O, Harcsanı 4:1 hesabı ilə məğlub edib.

Şahsuvarlı sabah keçiriləcək finalda ukraynalı Aleksandr Xijnyakla üz-üzə gələcək.

XƏBƏR LENTİ