Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Üç boksçumuz dünya çempionatına lisenziya qazandı

Sayta qoyulub: 21:39 19.06.2017 (259 dəfə oxunub)

Ukraynanın Xarkov şəhərində keçirilən kişi boksçular arasında Avropa çempionatında 1/8 final mərhələsinə start verilib.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yarışda bu gün Azərbaycan millisinin 5 idmançısı rinqə çıxıb. Onlardan 3-ü qalib gəlməklə həm mərhələ adlayıb, həm də dünya çempionatına lisenziya qazanıblar.

Belə ki, yığmamızın heyətində 49 kq çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə Nazar Kurotçinlə (Ukrayna) üz-üzə gəlib. Görüş rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ardınca Lorenzo Sotomayor (64 kq) qüvvəsini sınayıb. Fransalı Vahid Hambli ilə qarşılaşan Olimpiya mükafatçımız rəqibini 4:1 hesabı ilə məğlub edib. Sotomayor 1/4 finalda polşalı Mateuş Polski (Polşa) ilə gücünü yoxlayacaq.

İkiqat dünya çempionumuz Məhəmmədrəsul Məcidov (+91 kq) da yarışda ilk döyüşünü qələbə ilə bitirib. O, Aleksandr Kaleyevə (Belarus) 4:1 hesabı ilə qalib gəlib. Məcidov yarımfinala gedən yolda Camili-Dini Aboudo-Moindze (Fransa) qarşılaşacaq.

52 kq çəki dərəcəsində rinqə çıxan Elvin Məmişzadə Manuel Fabritsio Kappai (İtaliya) ilə döyüşüb. Qarşılaşmadan rəqib üstün ayrılıb – 5:0.

Çempionatın 4-cü günündə Pərviz Bağırov (69 kq) da ilk sınağına çıxıb. Simyon Çamovla (Bolqarıstan) üz-üzə gələn həmyerlimiz 4:1 hesabı ilə qələbə qazanıb. O, növbəti qarşılaşmasında ukraynalı Yevgeni Barabanovla mübarizə aparacaq.

1/4 final döyüşləri iyunun 21-də olacaq.

Qeyd edək ki, sabah daha 4 boksçumuz 1/8 final görüşünə çıxacaq. 

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat