Kİşi həndbolçularımız Bolqarıstana uduzdu

Sayta qoyulub: 13:53 14.06.2017 (326 dəfə oxunub)

Bolqarıstanda kişi həndbolçular arasında İnkişaf etməkdə olan ölkələrin çempionatı davam edir. C qrupunun ilk turunda Andorraya qalib gələn Azərbaycan millisi növbəti oyununda ev sahibləri ilə üz-üzə gəliblər.

Komandamız “cırtdan ölkə”dən fərqli, Bolqarıstan həndbolçuları ilə bacarmayıblar. Hikmət Abdullayevin komandası 34:41 hesabı ilə uduzub.

Qrupun digər qarşılaşmasında isə Kipr ikinci qələbəsini qazanıb. Andorranı 39:14 hesabı ilə məğlub edən komanda turnir cədvəlində liderliyə yüksəlib. Azərbaycan və Bolqarıstanın hesabında isə 1 qələbə var.

Qeyd edək ki, yığmamız son matçda Kiprlə üz-üzə gələcək. Məğlubiyyət komandamızın vaxtından əvvəl yarışla vidalaşmasına səbəb ola bilər.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ