Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Boksçularımız Avropa çempionatına bu heyətlə gedir

Sayta qoyulub: 17:07 03.06.2017 (131 dəfə oxunub)

Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının iyunun 16-da Ukraynanın Xarkov şəhərində start götürəcək Avropa çempionatı üçün heyəti müəyyənləşib. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 9 gün davam edəcək yarışda ölkəmiz tam heyətlə təmsil olunacaq. Baş məşqçi Leonid Loivskinin rəhbərlik etdiyi məşqçilər korpusu qitə çempionatında 10 boksçuya şans verəcək.

Ukraynalı mütəxəssis IV İslam Həmrəyliyi Oyunları ilə müqayisədə bir sıra dəyişikliklər edib. O, qitə birinciliyində dünya çempionu Elvin Məmişzadə, Rio-2016-nın gümüş medalçısı Lorenzo Sotomayor və Avropa Oyunlarının qalibi Abdulqadir Abdullayevin də rinqə çıxması qərara alınıb. Həmçinin Məsud Yusifzadə 49 kq çəki dərəcəsində gücünü yoxlayacağı halda, Eldar Quliyev 81 kq çəki dərəcəsində nəyə qadir olduğunu nümayiş etdirəcək. Pərviz Bağırov da Xarkova yollanacaq heyətə salınıb.
 
Komandamızın heyəti aşağıdakı kimidir:

49 kq. Məsud Yusifzadə
52 kq. Elvin Məmişzadə
56 kq. Tayfur Əliyev
60 kq. Cavid Çələbiyev
64 kq. Lorenzo Sotomayor
69 kq. Pərviz Bağırov
75 kq. Kamran Şahsuvarlı
81 kq. Eldar Quliyev
91 kq. Abdulqadir Abdullayev
+91 kq. Məhəmmədrəsul Məcidov
 
Qeyd edək ki, Bakıdakı təlim-məşq toplanışını bu gün başa vuracaq yığmamız hazırlığın son mərhələsini Xarkovda keçəcək. Boksçularımız Ukraynaya iyunun 4-də yollanacaqlar. 

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat