55-ci WBC Konvensiyası Bakıda keçiriləcək

Sayta qoyulub: 12:20 23.05.2017 (326 dəfə oxunub)

Ümümdünya Boks Şurasının (WBC) 55-ci Konvensiyası oktyabr 1-dən 6-dək Bakıda keçiriləcək.

Bu barədə WBC-nin rəsmi saytında qurumun rəhbəri Maurisio Süleyman adından yerləşdirilən məlumatda bildirilir. Bu konvensiya WBC-nin Azərbaycana gəlişini nəzərdə tutur. M.Süleyman təşkilati işlərdə gənclər və idman naziri Azad Rəhimovun mühüm rol oynadığını açıqlayıb.

Qazaxıstan KİV-inin məlumatına görə, Konvensiyanın əvvəlcə Astanada, "EKSPO-2017" sərgisi çərçivəsində keçiriləcəyi planlaşdırılmışdı.

Qeyd edək ki, WBC dünyanın 165 ölkəsini özündə birləşdirir.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ