İslamiada: Azərbaycan para-atleti daha bir qızıl medal qazanıb

Sayta qoyulub: 11:17 17.05.2017 (384 dəfə oxunub)

Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında para-atletika növündə təmsil edən Samir Nəbiyev daha bir qızıl medal qazanıb.  31 yaşlı idmançı F57 kateqoriyasında lövhə atma yarışında 45,17 metr nəticə əldə edib.

Gümüş medalı 42,08 metr göstərici ilə iordaniyalı Amer Abdelaziz, bürünc medalı 41,43 metr nəticə ilə misirli Metava Abuelxir əldə edib.

Qeyd edək ki, Samir Nəbiyev ötən gün nüvəatma yarışında da qızıl medala sahib çıxıb. 

 

 

 

 

 

 

 

"Report"

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ