Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə İslamiadanın qızıl medalını qazanıb

Sayta qoyulub: 17:53 13.05.2017 (446 dəfə oxunub)

Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə İslamiadanın qızıl medalını qazanıb.

66 kq. çəki dərəcəsində çıxış edən cüdoçu finalda Əlcəzairdən olan rəqibi Houd Zurdanini 45 saniyəyə ipponla məğlub edib.

O finala gedən yolda - 1/4 finalda Eysa Majraşi (Səudiyyə Ərəbistanı) və 1/2 finalda Alireza Xojastidən (İran) üstün olub. 

***19:18

Azərbaycan milli komandası cüdo yarışlarında növbəti medalını qazanıb.

52 kq. çəki dərəcəsində çıxış edən Nəzakət Əzizova finalda məğlub olaraq yarışın gümüş mükafatçısı olub.

O, həlledici görüşdə İrəm Korkmaza (Türkiyə) məğlub olub.

Nəzakət Əzizova 1/4 finalda Ester Korin Evala Bondimə (Qabon), 1/2 finalda isə Diyora Keldiyorovdan (Özbəkistan) üstün olub.

***18:33

Azərbaycan milli komandası cüdo yarışlarında növbəti qızıl medal əldə edib. 60 kq çəki dərəcəsində çıxış edən Orxan Səfərov finalda türkiyəli Bəkir Özlünü son saniyələrdə ipponla yenərək, qızıl medala sahib çıxıb. 

***

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan milli komandası növbəti 2 medalı qazanıb. 

hər iki medal cüdoçuların aktivinə yazılıb. Finalda ölkənin iki təmsilçisi Aişə Qurbanlı ilə Bazarraqça Erdenebat üz-üzə gəlib. Görüş Erdenabatın qələbəsi ilə yekunlaşıb. O, qızıl, Qurbanlı isə gümüş medal qazanıb.

 

Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə İslamiadanın qızıl medalını qazanıb

 

 

"Report" 

XƏBƏR LENTİ