Azərbaycan karateçiləri İslamiadada 1 gümüş, 2 bürünc medal qazanıb

Sayta qoyulub: 17:51 13.05.2017 (447 dəfə oxunub)

Azərbaycan karateçisi İlahə Qasımova "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

55 kq çəkidə mübarizə aparan idmançı həlledici görüşdə misirıi Yassmin Attianaya uduzub.

**** 18:37

Azərbaycan karateçisi Firdovsi Fərzəliyev "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

60 kq çəkidə mübarizə aparan idmançı 3-cü yer uğrunda görüşdə indoneziyalı Suryadi Suryadi üzərində qələbə qazanıb - 6:0.

*** 18:17

Azərbaycan karateçisi Nuranə Əliyeva "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

50 kq çəkidə mübarizə aparan idmançı bürünc medal uğrunda görüşdə indoneziyalı Srunita Sukatendeli üstələyib - 2:1. Bu, ölkənin karatedə ilk medalı olub. 

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ