Çimərlik voleybolunda mövsümün ilk qalibləri müəyyənləşdi

Sayta qoyulub: 16:05 11.05.2017 (429 dəfə oxunub)

Çimərlik voleybolunda mövsümün ilk qalibləri müəyyənləşdi

 

Mayın 9-10-da çimərlik voleybolunda mövsümün ilk turniri keçirilib. Azərbaycan Voleybol Federaiyasının (AVF) Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunaraq keçirdiyi turnirdə 11 qadın, 13 kişi komandası iştirak edib.

Həm qadın, həm də kişi komandaları 4 qrupdan ibarət olmaqla yarışa start veriblər. Qrup mərhələsində ilk 2 yeri tutan komandalar növbəti mərhələyə yüksəlib. 

Daha sonra isə yarımfinal və final mərhələsinin oyunları keçirilib. Bu, Pirşağıda, Həyat İstirahət mərkəzində olub. 

Qeyd edək ki, qadın komandalarının yarışında 3-cü yerlər uğrunda “Azərreyl-2” - “AVF-1” 0:2 (16-21, 05-21) , I yer uğrunda isə “Azərreyl-3” – “Azərreyl-1” 0:2 (17-21, 17-21) komandaları qarşılaşıblar. Kişi komandalarında isə 3-cü yer uğrunda “Redbull” - “Lokomotiv-1” 2:0 (21-10, 21-10), 1-ci yer uğrunda isə “FHN” - “Azərreyl-1” 0:2 (05-21, 10-21) görüşüb. 

Sonda qalib gələn komandalara AVF tərəfindən kubok ve medallar təqdim olunub. Mükafatlandırma mərasimində AVF-in baş katibi Elşən İsmayılov, çimərlik voleybolu menecerləri Roman Qrigoriviç, Nazim Allahverdiyev iştirak ediblər.

Qadınlar

“Azərreyl-2”  (Babayeva Aygün-Səlimova Nazilə)

III yer- “AVF-1” (Kseniya Povlenka – Olena Yakimçuk)

II yer- “Azərreyl-3” (Doraşkiyeviç Elena – Viktoruya Ağakişiyeva)

I yer -  “Azərreyl-1” (Zinaida Lyubimova – Yuliya Kərimova)

Kişilər

III yer-  “Redbull” (Vadim Kutukov – Elmin Alişanov)

 “Lokomotiv-1” (Asif Əliyev – Aqil Ağazadə)

II yer - “FHN” (Cəlil Cəlilov – Ülvi Rəcəbli)

I yer - “Azərreyl-1” (Yaroslav Rudix – Premysl Kubola)

Qadınlar:  I- (Azərreyl -1), II (Azərreyl-3),  III (AVF-1)

Kişilər : I (Azərreyl -1), II (FHN), III (Redbull)

Qadınlar

Azərreyl-1

Azərreyl-2

Azərreyl-3

AVF-1

AVF-2

AVF-3

AVF-4

Xətai-1

Xətai-2

Xətai-3

Dəmiryol

Kişilər

Lokomotiv-1

Lokomotiv-2

Lokomotiv-3

Lokomotiv-4

Lokomotiv-5

Redbull

FHN

Express-1

Express-2

Express-3

Express-4

Azərreyl-1

Azərreyl-2

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

XƏBƏR LENTİ