İslam Oyunları-2017: Boks yarışlarının təqvimi müəyyənləşdi

Sayta qoyulub: 18:52 08.05.2017 (1628 dəfə oxunub)

Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları çərçivəsində baş tutacaq boks yarışlarının təqvimi dəqiqləşib. “Bakı Kristal Zal-2”də təşkil olunacaq yarış mayın 12-də başlayacaq.


İlk döyüşün startı 12:00-da veriləcək. Mayın 16-dək ilkin mərhələlərin görüşləri baş tutacaq. Ertəsi gün yarımfinallar, mayın 18-də finallar keçiriləcək. Həlledici döyüşlər saat 16:00-dan 20:00-dək olacaq.


Qeyd edək ki, kişi boksçular arasında təşkil olunacaq turnirdə Azərbaycan yığmasının şərəfini 10 idmançı qoruyacaq.


İlkin mərhələlər
12 may
12:00-15:00. 69 kq, 75 kq, +91 kq


13 may
12:00-15:30. 60 kq, 81 kq
18:00-20:30. 56 kq, 91 kq


14 may
12:00-15:00. 64 kq, 69 kq, 75 kq
18:00 – 21:00. 64 kq, 69 kq, 75 kq


15 may
12:00-15:45. 49 kq, 52 kq, +91 kq
18:00 – 21:00. 56 kq, 75 kq, 81 kq


16 may
12:00-15:00. 60 kq, 64 kq, 91 kq
18:00-21:00. 49 kq, 52 kq, 69 kq


Yarımfinallar
17 may
12:00-14:30. 49 kq, 56 kq, 64 kq, 75 kq, 91 kq
19:00 – 21:30. 52 kq, 60 kq, 69 kq, 81 kq, +91 kq


Finallar
18 may
16:00-20:00. 49 kq, 52 kq, 56 kq, 60 kq, 64 kq, 69 kq, 75 kq, 81 kq, 91 kq, +91 kq

XƏBƏR LENTİ