Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Teleyayım: alternativ gəlir resurslarının ortaya çıxarılma mexanizmləri

Sayta qoyulub: 15:38 08.05.2017 (425 dəfə oxunub)

Teleyayım: alternativ gəlir resurslarının ortaya çıxarılma mexanizmləri

 

AFFA yanında Media Komitəsinin qaliblərindən olan "İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması” istiqaməti üzrə "Futbol – biznesə aparan yol, böhran iqtisadiyyatında idarəedicilərin peşə biliyi, marketinq və hüquqi müstəvidə həlledici qərarlar” layihəsində silsilə yazılarına start verir. Üçüncü yazı "Teleyayım: alternativ gəlir resurslarının ortaya çıxarılma mexanizmləri" mövzusundadı.

Beynəlxalq aləmdə futbol biznesinin gəlir gətirən əsas rolları siyahısında teleyayım “baş qəhrəmanlar” sırasındadı. Azərbaycan bu səpkidə nəzərəçarpacaq dərəcədə geridədi. Hətta “CBC Sport”la ölkə miqyası üçün astronomik görünən 70 minlik sövdələşmə də Premyer Liqa klublarımızın büdcəsinə nəzərəçarpacaq fayda vermir. Ümumiyyətlə, hamıya eyni gözlə baxılması özlüyündə alqışlanası məqam deyil. Ancaq 560 minlik teleyayım büdcəsinin klublar arasında qardaş malı kimi bölünməsinə alternativ tapmaq elə də asan iş deyil. Misal kimi son çempionatın yekun cədvəlini göstərə bilərik. “Sumqayıt” və “Neftçi” (AZAL-ı çıxmaq şərti ilə) ən aşağı pillələrdə qərarlaşsalar da, bu komandaların oyunlarını ekran qarşısından izləyənlərin sayının ilk iki yeri tutmuş “Qarabağ” və “Qəbələ”dən az olduğunu iddia etmək çətin məsələdi. Bütün hallarda bu cür araşdırma nəticəsində hansısa kluba maksimum 80-90 min manat çatacaq ki, bu da AFFA-nın əlinə baxan klubların belə, ümumi büdcəsinin heç 5 faizi etmir.

 

Futbolçu niyə klub aktivləri sırasına daxil deyil?

Teleyayım: alternativ gəlir resurslarının ortaya çıxarılma mexanizmləriDeməli, klublar beynəlxalq təcrübədən fərqli şəkildə istifadə etməlidilər. Əvvəlki yazılarımızda da qeyd etmişdik ki, birbaşa copy/paste sistemi Azərbaycanda işləyə bilməz. Misal-xatırlatma kimi beynəlxalq praktikada futbolçulara aktivlər kimi yanaşılma mexanizmini vurğulayaq. Bəs, Azərbaycanda necədi? Futbolçulara klub aktivi kimi yanaşmaq olarmı? Təəssüf ki, hazırkı vəziyyətdə heç bir klubun balanslaşmış futbolçu aktivi mövcud deyil.

Yenə də sadə bir misal çəkək. Komanda hansısa oyunçunu böyük ümidlərlə heyətinə qatır və vur-tut 1 illik müqaviləyə imza atır. Bu gün əksər klubların siyasəti bu cürdü və 2 illik sövdələşməyə belə, nadir hallarda rast gəlinir. Ancaq futbolçunu real aktivə çevirmk üçün ilk növbədə onunla uzunmüddətli müqavilə bağlama ehtiyac var. Səbəb üzdədi. Futbolçuyla 1 illik müqavilənin imzalanması onun klub aktivinə çevrilməsinin qarşısını bünövrədəcə alır. İstənilən oyunçu həmin mövsüm parlaya bilər və nəticədə ona göz dikən klubların sayı da artır, gələn təkliflər də daha cəlbedici olur. Elə bu səbəbdəndir ki, Azərbaycanda çıxış edən futbolçular klub aktivi kimi dəyərləndirilə bilmir. Klub de-fakto futbolçuya xərclədiyi vəsaitin qayğısına qalmır. Hazırkı sistem bu cürdü: (futbolçular üçün) aldı – getdi / (klub üçün) verdi – itirdi.

 

Müqavilə şərtləri: “yüz ölç, bir biç”

Teleyayım: alternativ gəlir resurslarının ortaya çıxarılma mexanizmləri

Deməli, klub menecerləri bu məsələyə daha peşəkar formada yanaşmalıdılar. Oyunçunun potensialını qiymətləndirərkən, bir çox məqamlara diqqət yetirilməlidi. Başlayaq legionerlərdən. Oyunçunu komandaya cəlb edərkən, onun vizit kartına diqqət yetirmək lazımdı. Məsələn, oyunçu var ki, ilk mövsümdə parlaq oyun sərgiləyir və bundan sonra meydanda vaxt öldürür. Bu cür futbolçuyla uzunmüddətli müqavilə imzalamaq müəyyən mənada risklidi. Çünki həmin oyunçu özünü ən yaxşı tərəfdən göstərdikdən sonra “əsgər yatır – xidmət gedir” prinsipinə söykənəcək. Deməli, alternativ variant axtarmağa gərək var. Məsələn, onunla 1+1 sistemi ilə müqavilə imzalanmalıdı. Bu tip müqavilə formasının şərtlərini də açıqlayaq. Oyunçu yaxın bir mövsümü klubda keçirir. Növbəti mövsüm o, yenə də kluba məxsusdu, lakin rəhbərlik istəsə, müqaviləyə xitam verə bilər. Və burda ən önəmli məqam bundan ibarətdi ki, həmin oyunçuya göz dikən olsa, klub futbolçunu satıb, büdcəsini zənginləşdirəcək. Olmasa da, son qərarı özü verəcək. Yəni, burda potensial əlavə itki yoxdu.

Digər məqam futbolçunun yaşı ilə bağlıdı. 17-20 yaşlı futbolçuyla 3-5 illik müqavilə əksər hallarda dividend gətirəcək. Çünki ona təklif ediləcək sövdələşmə elə də böyük məbləğlə əks olunmayacaq və parlayacağı təqdirdə elçilərindən sanballı kompensasiya istəmək mümkün olacaq. Daha təcrübəli futbolçularla isə yuxarıda qeyd etdiyimiz 1+1 müqavilələri məqsədəuyğun hesab edilir.

 

Zəncirvari strukturun təməl daşı

Teleyayım: alternativ gəlir resurslarının ortaya çıxarılma mexanizmləri

İndi isə futbolçu klub aktivinə çevrildikdən sonrakı mərhələyə nəzər yetirək. Klubların rəsmi saytı, facebook səhifəsi və youtube kanalı mövcuddu. Ölkədaxili və ya beynəlxalq matçlardan sonra izləyicilərə həmin qarşılaşmaların videogörüntüləri təqdim olunur. Ancaq bu, sırf oyuna bağlı məqamlardı ki, hansısa oyunçunun tanıtımı barədə real vəziyyəti əks etdirmir. Klub menecerləri futbolçularının brendə çevrilməsi və bahalı məhsul kimi tanıdılması, habelə əcnəbi komandaların maraq dairəsinə düşməsi üçün videoçarxlar hazırlamadırlıar. Yalnız bu iki zəruri addım (futbolçuyla uzunmüddətli müqavilənin imzalanması və barəsində videoçarxın hazırlanması) atıldıqdan sonra oyunçunun real aktivə çevrilməsi mümkündür.

 

İnternet televiziyasının gətirəcəyi ilk dividendlər

Teleyayım: alternativ gəlir resurslarının ortaya çıxarılma mexanizmləri

Yuxarıda qeyd etdiyimiz kimi, ölkədaxili yarışlardan klublarımız ciddi dividend əldə etmir. Bəs internet televiziyası yaradılsa necə olar? Klubun gəlir əldə etmək şansları artarmı? Artarsa, bunun üçün hansı zəruri addımlara ehtiyac var?

İnternet televiziyasının 24 saat fəaliyyət göstərməsi üçün Azərbaycan ölçüləri ilə astronomik məbləğə ehtiyac var. Ancaq 6-8 saatlıq iş rejimini yaratmaq mümkündü. Klub ilk olaraq, PFL və “CBC Sport” kanalı ilə şərt kəsməlidi və ən azından ev oyunlarının internet kanalı vasitəsi ilə canlı yayımı üçün razılıq əldə etməlidi. Burda bir məqam da görüntüylə bağlıdı. Klub öz videokameraları vasitəsi ilə yayımı təqdim etdikdə, keyfiyyətdə “CBC Sport”a uduzacaq. Ancaq digər tərəfdən matçı öz nümayəndəsi şərh edəcək ki, bu da klubun təbliği baxımından olduqca önəmlidi.

Həmin internet televiziyası istedadlı futbolçularının təbliği üçün ən əlverişli məkandı. Onlara həm tribuna vermək, həm də barələrində hazırlanan videoçarxları nümayiş etdirmək geniş auditoriyanın maraq dairəsinə düşməsinə şərait yaradar. Klub azarkeşlərinin sayının artması, onlarla körpülərin möhkəmləndirilməsi, habelə klub tarixinə ekskurs təşkil edərək, müxtəlif əyləncəli proqramların hazırlanması bu internet resursunda çalışan əməkdaşlar tərəfindən həyata keçirilməlidir.

Özü də nəzərə almaq lazımdı ki, “CBC Sport”dan fərqli olaraq, komandanın ev oyunlarını izləmək fürsəti ölkə xaricində yaşayan insanlara da təklif olunacaq. Bu, həmvətənlərimizlə yanaşı, hansısa futbolçunu izləmək istəyən əcnəbə skautlar üçün də göydəndüşmə olacaq. Klub isə futbolçuları aktivi kimi göstərmək üçün bütün mümkün vasitələri səfərbər etməlidi.

Bütün bu kommunikasiyalar əlavə gəlir mexanizmlərinin cəlb olunması baxımından olduqca vacibdi. Əvvəlki yazılarımızda müxtəlif şirkətlərin sponsor qismində kluba cəlb olunması baxımından yollarını araşdırmış, bunun maddi cəhətdən necə fayda verəcəyini göstərmişdik. İnternet televiziyası da bu yöndə olduqca faydalı olacaq. Əməkdaşlıq edilən şirkətlərin məhsullarının təqdim edilməsi reklam biznesinin genişlənməsinə xidmət edəcək. Auditoriya artdıqca internet televiziyası vasitəsi ilə təqdim edilən məhsula görə ödənişin də qiyməti qalxacaq. Və ən önəmlisi, klub beynəlxalq bazara çıxış yollarını tapmış olacaq.

 

“Qocalar”ın faydası

Teleyayım: alternativ gəlir resurslarının ortaya çıxarılma mexanizmləri

Nəhayət, teleyayım məsələsi ilə bağlı daha bir orijinal addım atmaq olar. Yaşı 35-38 olan tanınmış əcnəbi futbolçuları dəvət etmək. Bu addımla “bir gülləylə iki dovşan vurulur”. Əvvəla, ölkəmizdə 35 yaşlı sanballı legioner heç bir çətinlik çəkmədən oynaya bilər, ikincisi isə bu futbolçu kluba paralel dividendlər gətirə bilər. Elə həmin internet televiziyasında həmin futbolçunun oyununu izləməkdən ötrü çoxsaylı həmvətənləri qoşulacaq. Aydın məsələdir ki, Ronaldinyo səviyyəsində top-ulduz Azərbaycanda 300-400 minə oynamağa razılıq verməz. Kim oynayar? George Hacının “Qalatasaray”a gəldiyi vaxtı xatırlayın. “Karpat Maradonası” “Cim-Bom”a təkcə imic qazandırmadı, yekunda UEFA Kubokunun da Türkiyəyə gətirilməsində müstəsna pay sahibi oldu. Unutmayaq ki, klub avrokubok zonasına düşdükdə, xərclənən vəsaitin müəyyən qismi geri qayıdır. Konkret rəqəm göstərə bilməməyimizin səbəbi klubun hansı turnirdə və hansı nəticəni göstərəcəyini bilmməyimizdi. Ancaq bütün hallarda heyətə cəlb olunacaq ulduz-veteran kluba hərtərəfli fayda verər. Təbii ki, klub menecerləri bütün məqamları nəzərə almaq və baş məşqçiyə uyğun gələn oyunçunu tapmaq şərti ilə.

Növbəti yazıda klubların brendə çevrilməsi yönündə əməli addımların atılması, internet televiziyasının bu istiqamətdə faydası barədə söhbət açacağıq.

 

Sport24.az 

CEYHUN ƏLİYEV

Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat