3 güləşçimiz Avropa çempionatının finalında!

Sayta qoyulub: 15:20 02.05.2017 (392 dəfə oxunub)

Bu gün Serbiyanın Novi Sad şəhərində güləş üzrə Avropa çempionatı start götürüb. İlk yarış günündə 57 kq və 86 kq çəki dərəcələrində sərbəst, 48 kq və 63 kq çəki dərəcəsində isə qadın güləşçilər mübarizə aparıb.

Sərbəst güləşçilərdən Giorgi Edişeraşvili (57 kq) Belarus, Fransa və Rusiyadan olan rəqiblərini mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Həlledici görüşdə onun rəqibi Rumıniya təmsilçisi Andrey Dukov olacaq.

86 kq çəkidəki Aleksandr Qostiyev Polşa, Ermənistan, yarımfinalda isə Türkiyə təmsilçisini məğlub edərək finala vəsiqə qazanıb. O, Rusiya təmsilçisini məğlub edəcəyi halda, qızıl medal əldə edəcək.

Qadın güləşçilərin yarışında 48 kq-da mübarizə aparan 5 qat Avropa çempionu və I Avropa Oyunlarının qalibi Mariya Stadnik finala yüksəlib. O, ardıcıl olaraq Polşa, Türkiyə və Rumıniyadan olan rəqiblərini tam üstünlüklə məğlub edib. Stadnik həlledici görüşdə Ukrayna idmançısı ilə qarşılaşacaq.

Elmira Qəmbərova (63 kq) isə 1/8 finalda isveçli rəqibinə qalib gəlsə də, növbəti rəqibinə uduzaraq, mübarizəni dayandırıb.

57 kq

FİNAL. Giorgi Edişeraşvili - Andrey Dukov (Rumıniya)

1/2 final. Giorgi Edişeraşvili - Zavur Uquyev (Rusiya) - 5:1

1/4 final. Zoheir EL Ouarraqe (Fransa) - Giorgi Edişeraşvili 3:10

1/8 final. Dimçik Rinçinov (Belarus) - Giorgi Edişeraşvili 0:10

86 kq

FİNAL. Aleksandr Qostiyev - Davren Kuruqliyev (Rusiya)

1/2 final. Selim Yaşar (Türkiyə) - Aleksandr Qostiyev 2:3

1/4 final - Aleksandr Qostiyev - Vahe Tamrazyan (Ermənistan) 5:3

1/8 final - Aleksandr Qostiyev - Zbiqnev Matyuş Baranovski (Polşa) 3:1

48 kq

FİNAL. İlona Semkiv (Ukrayna) - Mariya Stadnik

1/2 final - Emilia Alina Vuc (Rumıniya) - Mariya Stadnik 0:10 (44 san.)

1/4 final - Mariya Stadnik - Evin Demirhan (Türkiyə) 14:1

1/8 final - Mariya Stadnik - Anna Lukasiak (Polşa) 10:0

63 kq

1/4 final. İnna Trajukova (Rusiya) - Elmira Qəmbərova 8:2

1/8 final. Elmira Qəmbərova - Henna Katarina Johansson (İsveç) 4:0 tuşe

Qeyd edək ki, final görüşləri Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 

XƏBƏR LENTİ