İslam Oyunları-2017: Əfqanıstan həndbol yarışlarına qatılmayacaq

Sayta qoyulub: 17:52 19.04.2017 (416 dəfə oxunub)

İslam Həmrəyliyi Oyunları çərçivəsində keçiriləcək kişi həndbolçular arasında yarışların təqvimi bəlli olub. Yarışda nəzərdə tutulduğu kimi 8 deyil, 7 ölkə mübarizə aparacaq.

 

Buna səbəb B qrupunda yer alan Əfqanıstan millisinin İslamiadaya qatılmamasıdı. Nəticədə bu qrupda 3 komanda gücünü yoxlayacaq.

 

Azərbaycan millisi isə Əlcəzair, Səudiyyə Ərəbistanı və Pakistanla qüvvəsini sınayacaq. Hikmət Abdullayevin yetirmələri mayın 9-da başlayacaq həndbol yarışında ilk imtahanını Pakistana qarşı verəcək. Ardınca Səudiyyə Ərəbistanı ilə oynayacaq təmsilçimiz qrup mərhələsinin son turunda Əlcəzairlə üz-üzə gələcək.

 

İslamiadanın qalibi mayın 14-də müəyyənləşəcək.

 

Qeyd edək ki, Bakının ev sahibliyi edəcəyi IV İslam Həmrəyliyi Oyunları mayın 12-22-də olacaq.

 


Həndbol

Kişilər

A qrupu: Əlcəzair, Səudiyyə Ərəbistanı, Pakistan, Azərbaycan

B qrupu: Türkiyə, Mərakeş, İraq

 

9 may

Əlcəzair – Səudiyyə Ərəbistanı

Pakistan – Azərbaycan

Türkiyə - Mərakeş

 

10 may

Əlcəzair – Pakistan

Səudiyyə Ərəbistanı - Azərbaycan

Mərakeş – İraq

 

11 may

İraq - Türkiyə

Səudiyyə Ərəbistanı – Pakistan

Əlcəzair – Azərbaycan

 

12 may

5-ci yer uğrunda

 

13 may

6-cı yer uğrunda oyun

 

14 may

Bürünc medal uğrunda

A2 – B2

 

Final

A1 – B1

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ