Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

"Tbilisi Qran-Pri"sinin ilk günü cüdoçularımız üçün uğursuz alındı

Sayta qoyulub: 12:56 01.04.2017 (329 dəfə oxunub)

Gürcüstanın paytaxtı Tbilisidə təşkil edilən cüdo üzrə Qran-pri yarışının ilk günü Azərbaycan idmançıları üçün uğurlu olmayıb. Turnirə 16 tatami ustası ilə yollanan komandamızın 7 üzvü mübarizəyə başlasa da, onlardan heç biri mükafatçılar sırasına düşə bilməyib.

60 kq çəki dərəcəsində gənc cüdoçu Sahib Əsgərov böyük britaniyalı Neil Makdonalda qalib gəlsə də, növbəti döyüşdə məğlub olaraq mübarizəni dayandırıb. 60 kq-dakı digər təmsilçimiz Mehman Sadıqov isə qızıl xalla mərhələ adlayıb, amma yarımfinala gedən yolda yerli idmançıya, bürünc medal uğrunda təsəlliverici görüşdə isə Braziliya cüdoçusuna uduzaraq yekunda 7-ci yeri tutub.

66 kq çəkidə Tərlan Kərimov elə ilk cəhdində yarışla vidalaşıb. Orxan Hacıağalı isə 1/4 finala kimi irəliləyib, lakin Monqolustan cüdoçusuna məğlub olub. Təsəlliverici döyüşdə Slovakiya idmançısı ilə bacarmayan Hacıağalı da turniri 7-ci pillədə bitirib.

Startda qadın cüdoçularımızdan 3-ü tatamiyə çıxıb və hər üçü də ilk döyüşdə uduzaraq mübarizəni dayandırıb. 48 kq çəkidə Leyla Əliyeva Portuqaliya, 52 kq-da Nəzakət Əzizova Böyük Britaniya, 57 kq çəki dərəcəsində isə Səkinə Zayirova Bolqarıstan idmançısına məğlub olub.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat