Klippers başqa yerə köçmək istəyir

Sayta qoyulub: 10:19 25.02.2017 (430 dəfə oxunub)

ESPN.com-un məlumatına görə Klippers komandası Los Ancelesdən İnqlvuda köçə bilər. Belə ki, Rems futbol klubun sahibi Con Krenke burada idman və əyləncə rayonu yaratmaq fikrindədir.

 

Klippersin sahibi Stiv Balmerin nümayəndələri Krenke düşərgəsi ilə Klippersin Rems və İnqlvudda olan başqa bir komanda Çarcerslə birləşməsini müzakirə edir.

 

İnqlvuda köçmə Balmerin əsas planlarından biridir. Milyarder  Staples Center-i 2024-cü ilə qədər tərk edəcəklərini bəyan edib.Məhz həmin vaxt icarə müddəti bitəcək. Bundan başqa klub özü üçün yeni arena da inşa edə bilər.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ