Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Güləşçilərimiz dünya kubokunda mübarizəyə başlayıb

Sayta qoyulub: 09:33 16.02.2017 (319 dəfə oxunub)

İranın Kirmanşah şəhərində sərbəst güləş üzrə böyüklər arasında Dünya Kubokuna start verilib. A qrupunda yer alan Azərbaycan milli komandası ilk görüşünü Rusiya yığmasına qarşı keçirib. Görüş 4:4 hesablı heç-heçə ilə yekunlaşıb. Azərbaycan güləşçilərindən Əli Rəhimzadə, Hacı Əliyev, Cəbrayıl Həsənov və Camaləddin Məhəmmədov görüşlərini qələbə ilə başa vurub.

Azərbaycan - Rusiya - 4:4

57 kq. Artyom Gebekov (Rusiya) - Georgi Edişeraşvili (Azərbaycan) - 5:2

61 kq. Əli Rəhimzadə (Azərbaycan)* - Camal Otarsultanov (Rusiya) - 6:6

65 kq. Hacı Əliyev (Azərbaycan) - Alan Qoqayev (Rusiya) - 2:1

70 kq. Maqomedhabib Kadimaqomedov (Rusiya) - David Suynuçxanov (Azərbaycan) - 10:6

74 kq. Cəbrayıl Həsənov (Azərbaycan) - Radik Valiyev (Rusiya) - 6:2

86 kq. Vladislav Valiyev (Rusiya) - Şərif Şərifov (Azərbaycan) - 2:1

97 kq. Rəsul Maqomedov (Rusiya) - Nurmaqomed Hacıyev (Azərbaycan) - 2:1

125 kq. Cəmaləddin Məhəmmədov (Azərbaycan) - Vladislav Baytsayev (Rusiya) - 1:8

İlk turda qrupun digər görüşü Gürcüstan və ABŞ milliləri arasında keçiriləcək.

B qrupunda isə İran, Türkiyə, Hindistan və Monqolustan komandaları yer alıb.

Yarışın proqramına əsasən, bu gün qrup, 17 fevralda isə final mərhələsinin görüşləri olacaq.

Qeyd edək ki, Azərbaycan sərbəst güləşçiləri indiyədək iki dəfə - 2004 və 2009-cu illərdə Dünya Kubokunun sahibi olub. 

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat