İki taekvondoçumuz Avropa çempionatının qalibi oldu

Sayta qoyulub: 14:54 09.02.2017 (454 dəfə oxunub)

Tekvondo üzrə Klublararası Avropa Çempionatı davam edir. Qitə çempionatına qatılan klublarımızın yetirmələri yarışın üçüncü günü də medalsız qalmayıb. 

Belə ki, -58 kq çəki dərəcəsində mübarizəyə başlayan Gilan İ.K-nun təmsilçisi Fizam Mehtiyev və Ayxan Tağızadə (-68 kq) qarşılaşdığı rəqiblərə şans buraxmayaraq adlarını fəxri kürsünün qızıl pilləsinə yazdırmağı bacarıb. Azəri T.K-nun üzvü, -54 kq çəki dərəcəsində döyüşən Mikayıl Əliyev isə yalnız həlledici qarşılaşmada məğlub olaraq yarışı gümüş medalla başa vurub.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

XƏBƏR LENTİ