Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Taekvondoçularımız Avropa çempionatına yollanır

Sayta qoyulub: 13:41 04.02.2017 (245 dəfə oxunub)

Türkiyə Taekvondo Federasiyası (TTF) və Avropa Taekvondo Birliyi (ATB) tərəfindən sayca 5-ci olan G1 kateqoriyalı Klublararası Avropa Çempionatı və G2 kateqoriyalı “Turkish Open” beynəlxalq yarışı keçiriləcək. Antalya şəhərində fevralın 6-da startı veriləcək yarışlar 14 fevralın 14-dək davam edəcək.

Əvvəlcə fevralın 6-9-da keçiriləcək “G-1” kateqoriyalı klublararası Avropa çempionatında respublikamızda fəaliyyət göstərən - “Gilan”, “Savalan”, “Qafqaz”, “Zenit”, “1 saylı Gömrükçü”, “Təhsil”, “2 saylı Sumqayıt Gömrükçü”, “Lənkəran”, “Quba”, “Gəncə”, “Fərasət”, “T.İsmayılov”, “Aran” idman klublarının, cəmiyyətlərinin və mərkəzlərinin idmançıları medallar uğrunda mübarizəyə qoşulacaq.

Bir gün fasilədən sonra fevralın 11-də sayca 4-cü olan “Turkish Open” beynəlxalq turnir başlanacaq. 4 gün davam edəcək turnirə də yeniyetmə, gənc və böyüklərdən ibarət yığma komandamız geniş heyətlə qatılacaq.

Yarışlarda ədalət təmsilçilərimizdən isə federasiyanın Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Elşən Quliyev, Elşad Məmmədov, Tural Vəlibəyov, Ramal Camalov və Çoşqun Nadirli iştirak edəcək. Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə fevralin 4-də qardaş ölkəyə yollanacaq komanda vətənə fevralın 16-da dönəcək.

 


  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ

    istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
    Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
    Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
    cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat