Taekvondo millisində yeni baş məşqçi

Sayta qoyulub: 18:41 25.01.2017 (417 dəfə oxunub)

Taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan millisinə yeni böyük məşqçi təyin olunub. Bu vəzifə Rəşad Əhmədova həvalə olunub. Bununla bağlı qərar iki gün əvvəl Taekvondo Federasiyasının İdarə Heyətinin son iclasında qəbul edilib. Qeyd edək ki, buna qədər komandanın böyük məşqçisi Elnur Amanov idi. O, qadınlardan ibarət yığmaya baş məşqçi təyin olduqdan sonra həmin vəzifə boş qalmışdı.

Əlavə edək ki, Rəşad Əhmədov bir neçə dəfə dünya və Avropa çempionatının mükafatçısı olub.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

XƏBƏR LENTİ