NBA. Uestbruk Ulduzlar oyununun start heyətinə düşə bilmədi

Sayta qoyulub: 10:44 20.01.2017 (408 dəfə oxunub)

Bu gün NBA-da Ulduzlar oyunu üçün səsvermənin nəticələri bəlli olub. Oyun fevralda Nyu Orleanda keçiriləcək.

 

Oyunbaşına tripl-dabl edən Rassel Uestbruk start 5-liyinə düşə bilməyib. Qərbi görüşdə Stefan Karri  («Qolden Steyt»), Ceyms Harden («Hyuston»), Кеvin Dürant («Qolden Steyt»), Kavay Leonard («San Antonio») və Entoni Devis («Nyu Orlean») təmsil edəcək.

 

Şərq konfransının ilk 5-liyi isə bekədir:Kayri İrvinq və Lebron Ceyms  («Кlivlend»), Demar Derozan («Тоrоnто»), Cimmi Batler («Çikaqo»), Yannis Adetokumbo («Мiluoki») .

 

 

NBA. Uestbruk Ulduzlar oyununun start heyətinə düşə bilmədi

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ