Mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirən "Neftçi" heyətini daha bir futbolçu ilə gücləndirib. "Ağ-qaralar" "İnter"in futbolçusu Ruslan Abışovun keçidini həll edib. Artıq tərəflər arasında razılıq əldə olunub. Milli komandamızın üzvü sabah "Neftçi"nin Antalyadakı təlim-məşq toplanışına qatılacaq.
Sportal.az