"Sumqayıt" Antalyada

Sayta qoyulub: 18:49 11.01.2017 (200 dəfə oxunub)

Premyer Liqanın 3-cü dövrəsinə hazırlaşan "Sumqayıt" bu gün 11:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Antalyaya yola düşüb. Yerli vaxtla saat 15:00-da qonşu ölkəyə çatan komanda "The Sense De Luxe" otelində məşkunlaşıb. "Sumqayıt"  bu gün 18:00-da Antalyada ilk məşqinə çıxıb. “Sumqayıt” qonşu ölkədə 3 yoxlama oyunu keçirəcək. "Kimyaçılar" ilk olaraq, yanvarın 13-də Albaniya təmsilçisi “Şkenderbeu” klubu ilə qarşılaşcaq. Üç gün sonra isə komanda Özbəkistan təmsilçisi “Nasaf”ı sınağa çəkəcək. Samir Abasovun yetirmələri yanvarın 19-da Qazaxıstan təmsilçisi “Atırau” ilə üz-üzə gələcək.

XƏBƏR LENTİ