UEFA-dan “Partizan”a ağır cəza

Sayta qoyulub: 17:28 11.01.2017 (269 dəfə oxunub)

UEFA Serbiyanın "Partizan" klubunu avrokuboklardan kənarlaşdırıb. 

Buna səbəb Belqrad təmsilçisinin maliyyə "fair-play" qaydalarını  pozmasıdır.

Komanda 3 il müddətinə Çempionlar Liqası və Avropa Liqasında iştirak etməkdən məhrum edilib. 

Qeyd edək ki, "Partizan" Avropa Liqasının 2012/2013 mövsümündə "Neftçi" ilə eyni qrupda mübarizə aparıb. Komandalar Avropa Liqasının 2014/2015 mövsümündə isə pley-off mərhələsində üz-üzə gəliblər. 

 

 

UEFA-dan “Partizan”a ağır cəza

 

 

QOL.AZ

XƏBƏR LENTİ