İnyesta zəng edib Realın futbolçularından üzr istədi

Sayta qoyulub: 19:53 10.01.2017 (446 dəfə oxunub)

Barselonanın kapitanı Andres İnyesta şəxsən Real futbolçularından üzr istəyib. Buna səbəb onun komanda yoldaşlarının FİFA-nın dünənki qala gecəsinə qatılmamasıdır.

 

32 yaşlı xavbek Madrid klubunun futbolçuları ilə telefon söhbətində qərarın futbolçulardan deyil , rəhbərlikdən aslı olduğunu bildirib.

 

Madrid Realının futbolçuları müxtəlif vasitələrlə yarızarafat , yarıciddi şəkildə Barselona oyunçularının Sürixə gəlmədiklərinə  münasibət bildirmişdilər.

 

Xatırladaq ki, Barselona deleqasiyasına klub prezidenti Jozep Bartomeu rəhbərlik edirdi. Qala gecəyə isə futbolçular qatılmamışdılar.

 

Klub belə bir addımın Atletiklə kubok qarşılaşmasına yaxşı hazırlaşmaqla izah etmişdi.

 

İnyesta zəng edib Realın futbolçularından üzr istədi

XƏBƏR LENTİ