2026-cı ildən başlayaraq futbol üzrə dünya çempionatının final mərhələsində iştirak edəcək komandaların sayı 32-dən 48-ə yüksəlib.
Bununla bağlı FİFA rəsmən qərar verib.
Dünya çempionatının yeni formatına görə hərəsində 3 komanda olmaqla 16 qrup təşkil ediləcək.
Hər qrupdan iki komanda növbəti mərhələyə çıxacaq.
Qeyd edək ki, yeni qərardan sonra DÇ-də Avropadan 16 yığma iştirak edəcək.