Türkiyənin hansı klubu Reynaldonu transfer etmək istəyir?

Sayta qoyulub: 18:20 06.01.2017 (507 dəfə oxunub)

Reynaldo "Qarabağ"ı tərk edə bilər. Braziliyalı futbolçuya Türkiyədən təklif var. Əldə etdiyimiz özəl məlumata görə, Super Liqa təmsilçisi olan "Gənclərbirliyi" "sambaçı"nı öz heyətində görmək istəyir. Bizdə olan bilgiyə görə, Ankara klubu Reynaldonu mövsümün sonuna qədər icarəyə götürmək niyyətindədi. Türklər icarə müddəti başa çatandan sonra hücumçunu birdəfəlik "Qarabağ"dan transfer etməyi düşünür. Reynaldonu yayadək icarəyə götürmək üçün türklər "Qarabağ"a 200-250 min avro arası təklif irəli sürəcək. Keçid baş tutsa, braziliyalı da mövsümün sonuna qədər 250-350 min avro maaş alacaq. Super Liqa təmsilçisinin Reynaldo üçün qarşıdakı günlərdə "Qarabağ"ın qapısını döyəcəyi gözlənilir. Qeyd edək ki, "Gənclərbirliyi" hazırda 22 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

XƏBƏR LENTİ