Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Bakıda cüdo üzrə beynəlxalq seminar başlayıb

Sayta qoyulub: 12:01 06.01.2017 (28 dəfə oxunub)

Bakıda Beynəlxalq Cüdo Federasiyasının (İJF) hakimlər və məşqçilər üçün təşkil etdiyi beynəlxalq seminar başlayıb. Yanvarın 6-da start götürən seminarda 100-ə yaxın ölkədən 400 nümayəndə heyəti iştirak edir. Seminardan öncə Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev və İJF prezidenti Marius Vizer arasında görüş keçirilib. R.Abdullayev və M.Vizer görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.

Daha sonra seminarın açılışı olub. Açılışda çıxış edən R.Abdullayev cüdo kimi populyar növ üzrə belə böyük bir tədbirin Bakıda keçirilməsindən şərəf duyduqlarını bildirib. O, belə tədbiri Azərbaycana həvalə etdiyi üçün İJF-yə minnətdarlığını bildirib. ACF rəhbəri son illərdə Azərbaycanda cüdonun inkişafından danışıb. 

İJF prezidenti isə çıxışında seminarın əhəmiyyətindən danışıb. O, qaydalardakı dəyişikliklərə toxunub.

Qeyd edək ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən seminar iki gün davam edəcək. Seminarda İJF-nin bütün komitə rəhbərləri, qitə federasiyalarının rəsmiləri, Fransa, Monqolustan, Türkiyə və bir çox ölkələrin federasiya prezidentləri iştirak edir. Məqsəd cüdo idman növünün hakimlik və yarış qaydalarında olan yenilikləri həm nəzəri, həm də praktiki olaraq iştirakçıların diqqətinə çatdırmaqdır.

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat