Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

R.Dennis və D.Bekhem dava ediblər

Sayta qoyulub: 09:06 05.01.2017 (162 dəfə oxunub)

Britaniya mətbuatında yayılan xəbərlərə görə, McLaren komandasından qovulan Ron Dennis ilə sabiq futbolçu Devid Bekhem Maldiv adalarında yeni il şənliyində dava ediblər.

 

F-1.az Daily Mail nəşrinə istinadən bildirir ki, Ron və Devid yeni il şənliyi üçün Maldivlərdəki lyuks tətil məkanını seçiblər və gecə şousunu daha yaxşı izləmək üçün yer üstündə anlaşılmazlıq yaşayıblar. Xəbərdə bildirilir ki, Ron Dennis 30 nəfərlə birgə şam etdikdən sonra şou məkanına keçiblər və Bekhem ailəsi üçün ayrılan yerləri də tutublar. Buna görə də Bekhemin xanım qonaqlarından biri Dennisdən xahiş edib ki, onun yerini geri qaytarsınlar. Amma Dennis cavabında bu tətilə çox pul xərclədiyini deyib və xanımın xahişinə məhəl qoymayıb. Ronun bu hərəkətindən sonra Devid əsəbiləşib və iki məşhir arasında gərgin anlar yaşanıb.

Xatırladaq ki, Dennis və Bekhem köhnə dostdurlar. Bekhem bir neçə il əvvəl Dennisin sözü ilə xeyriyyə üçün pul köçürmüşdü. Ron səhər tezdən son hadisələrə görə üzr istəyib.

Son hadisə barədə Dennisin dostu bunları deyib: “Səslər yüksəldi, amma problemli bir şey yox idi. Onlar uzun illərdir bir-birini tanıyırlar və sabahəsı gün hər şey unuduldu”.

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat