Arsenal 7-ci liqadan 40 minə futbolçu transfer etdi

Sayta qoyulub: 19:20 04.01.2017 (514 dəfə oxunub)

İngiltərənin 7-ci liqasında çıxış edən Xensford Taun komandasının müdafiəçisi Koen Bramell Arsenalın maraq dairəsinə düşüb.

 

Milad bayramından əvvəl futbolçu Londonda tibbi müayinədən keçib və özünü yaxşı tərəfdən göstərə bilib. Həftənin sonuna qədər transfer gerçəkləşə bilər.

 

Çox güman ki, Arsenal bu keçid üçün 40 min funt sterlinq ödəyəcək.Yaxın müddətdə o , Arsenalın gənclər komandasında çıxış edəcək.

 

 

XƏBƏR LENTİ