Turinin Yuventus klubu rəsmi saytında yarımmüdafiəçi Tomas Rinkonla müqavilə imzaladığını bəyan edib. Cenoanın xavbeki Yuventusla 2020-ci ilə qədər sözləşmə imzalayıb.
Buna əsasən Cenoaya 8 milyon avro ödəniləcək. Bu məbləğ bəzi şərtlərin baş tutması halında daha 1 milyon arta bilər.
Qeyd edək ki, 28 yaşlı venesuelalı Yuventusu deyil , Çinə üstünlük verən Aksel Vitselin əvəzinə transfer edilib.