E.Bulye: “Mühərriyimiz güclü olsaydı, qələbə də qazanardıq”

Sayta qoyulub: 15:59 24.12.2016 (230 dəfə oxunub)

McLaren komandasının idman direktoru Erik Bulye bildirib ki, britaniyalılar 2016-cı ildə ən güclü mühərriyə sahib olsaydılar, mövsümü ən azı bir qələbə ilə bağlayardılar.

 

F-1.az xatırladır ki, McLaren 2014-cü ilin sonunda peletonun ən sürətli mühərriyi Mercedes-dən imtina edərək, Honda mühərriyinə keçmişdi.

Amma Honda mühərriyi gözlənilən performansı göstərə bilmədiyi üçün britaniyalılar son iki mövsümdə qələbə və podium mübarizəsindən uzaqda qalıblar.

McLaren-in yarış direktoru Erik Bulye əmindir ki, onlar ən güclü mühərriklə qələbə qazana bilərdilər: “Bu mövsüm ən güclü mühərriyə sahib olsaydıq, yarış qazana bilərdik. GPS məlumatlarının sürətli döngələrdə nəyi göstərdiyini yaxşı bilirik”.

Bulye bildirib ki, onlar Honda ilə bir yerdə inkişaf edəcəklər: “Boliddə güc yoxdursa, yaxşı nəticə almaq olmaz. Həmişə yaxşı balansınız olmalıdır. Honda ilə komanda kimi istədiyimizi əldə etməyə çalışırıq”.

Bulye Honda-nın inkişaf etdiyini qəbul etsə də, Mercedes-ə çatmaq üçün vaxta ehtiyacları olduğunu deyib: “Fərq bağlandı, amma Mercedes-in olduğu yerə getmək üçün sadəcə “copy”+”paste” etmək bəs eləmir. Fərqli yollar tapmaq lazımdır. Bunu 3 ay, 6 ay və ya 1 il ərzində edə bilərsiniz. Məsələn, Renault hazırda çox inkişaf edib, amma onlar mühərriyi 6 il əvvəl təkmilləşdirməyə başlamışdılar”.

XƏBƏR LENTİ