Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib

Sayta qoyulub: 15:52 24.12.2016 (306 dəfə oxunub)

Bu gün “Boulevard Hotel Baku” otelində Klublar Komitəsinin növbəti iclası keçirilib.

İclasda Topaz Premyer Liqasında mübarizə aparan “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “İnter”, “Sumqayıt”, “Kəpəz”, “Zirə” və AZAL klublarının nümayəndələri iştirak ediblər.

Sədr Fikrət Hüseynov komitənin 1 illik fəaliyyəti barədə çıxış edib.

Klublar Komitəsinin Əsasnaməsinə uyğun olaraq, sədrin səlahiyyət müddəti başa çatdığı üçün bu vəzifəyə seçki keçirilib. Səs çoxluğu ilə “Sumqayıt” klubunun prezidenti Kamran Quliyev növbəti 1 il müddətinə Klublar Komitəsinin sədri seçilib.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ