Şumaxerlər ailəsi “Mübarəziyə Davam Et” adlı yeni layihə başladıb

Sayta qoyulub: 11:07 18.12.2016 (386 dəfə oxunub)

“Keep fighting” və “Never give up” kimi ifadələr də bu təşəbbüsün devizi olub. Layihənin müəllifləri üç il əvvəl xizək sürərkən yıxılaraq başından ağır zədə almış və o gündən bəri səhhəti barədə məlumat verilməyən əfsanəvi sürücünün həyatından ruhlanıblar.

 

F-1.az bildirir ki, bu gün dərc olunmuş press-relizdə bildirilib: “”Mübarəziyə Davam Et” layihəsinin məqsədi Formul1-də yeddi dəfə dünya çempionu olmuş Mixaeldən və onun ailəsindən gələn pozitiv enerjini dünyaya yaymaqdır və bir başa Mixaeldən ilham alınaraq yaradılıb. Şüarlarımız isə “Mübarəziyə Davam Et” və “Heç Vaxt Təslim Olma” sözləridir. Bu layihə Mixaelin azarkeşlərinə qarşı hörmət və minnətdarlığın göstəricisidir.”

Korinna Şumaxer: “Başqa insanları mübarizədən imtina etməmələri, təslim olmamaları üçün cəsarətləndirmək istəyirik”.

Sabine Kem: “Bu, gələcəkdə uğurlu olacağına ümid etdiyimiz layihənin, hərəkatın ilk addımıdır. Layihənin məqsədi təslim olmağın çıxış yolu olmadığı inamını yaymaqdır – hansı ki, bu sadəcə avtoidman yarışlarına aid deyil. Biz Şumaxer ailəsinə çox təsir etmiş bu qorxunc hadisəni müsbət bir şeyə çevirmək istəyirik. İnsanların ehtiyaclarının olduğu bir anda onlara cəsarətli olmaq barədə mesaj göndərmək istədik.

“Mübarizəyə Davam Et” layihəsi cəsarət, ümid və özünəinamla bağlıdır. Bu layihə Şumaxerlər ailəsinin son illərdə dünyanın hər yerindəki insanlardan aldığı pozitiv enerjini geri qaytarmaq üçün bir vasitədir. Biz bu layihənin yaxşı məqsədlə başladıldığına inanırıq və bundan faydalanmaq istədiyimizi bildirməkdən məmnunuq”.

XƏBƏR LENTİ