Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Azərbaycan Taekvondo Federasiyası dünyanın ən yaxşısı seçildi

Sayta qoyulub: 09:35 12.12.2016 (265 dəfə oxunub)

Azərbaycan Taekvondo Federasiyası dünyanın ən yaxşısı seçildi

 

Ümumdünya Taekvondo Federasiyası (WTF) 2016-cı ilə yekun vurub. WTF bu idman növü üzrə ən yaxşıların adını açıqlayıb.


Bakıda baş tutan tədbirdə WTF prezidenti Çunqvon Çu, qitə konfederasiyalarının prezidentləri, Azərbaycan gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kamaləddin Heydərov və digər qonaqlar iştirak ediblər.


Giriş sözü ilə çıxış edən Çu taekvondo dünyasının bir ailə olduğunu vurğulayıb. O, Azad Rəhimovu Radiq İsayevin Olimpiya “qızıl”ını qazanması ilə bağlı münasibəti ilə təbrik edib. Çu Cibutinin qurumun 207-ci üzvü olduğunu da açıqlayıb.


Ardınca WTF rəhbəri Azərbaycan Taekvondo Federasiyasının prezidenti, WTF-in vitse-prezidenti Kamaləddin Heydərova xüsusi mükafat təqdim edib. K.Heydərov Qran-pri turnirinin final mərhələsinin, Qala gecənin və komandalararası dünya çempionatının Bakıda keçirilməsi üçün Çuya minnətdarlıq edib.


Sonra isə ilin ən yaxşılarının adları açıqlanıb. Bu siyahıda həm Azərbaycan Taekvondo Federasiyası, həm də kişilərdən ibarət yığmamızın baş məşqçisi Reza Mehmandost dünyanın ən yaxşısı seçilib.

 

Ümumi siyahı belədi:

Ən yaxşı kişi idmançı – Əhməd Abuqauş (İordaniya)

Ən yaxşı qadın idmançı – Ceyd Cons (Böyük Britaniya)

Ən yaxşı qadın hakim – Mariya Merkuri (Gürcüstan)

Ən yaxşı kişi hakim – Son Çul Kum (Kanada)

Ən yaxşı milli assosiasiya – Azərbaycan Taekvondo Federasiyası

Ən yaxşı zərbə - Şeyx Saleh Junior Sisse (Fil Dişi Sahili)

İlin məşqçisi – Reza Mehmandost (Azərbaycan)

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat