Taekvondoçumuz qızıl medal qazandı

Sayta qoyulub: 10:16 10.12.2016 (460 dəfə oxunub)

 

Taekvondoçumuz qızıl medal qazandı
Taekvondo üzrə Qran-pri turnirinin final mərhələsinin ilk günündə yığma komandamızın iki üzvü mübarizəyə başlayıb. Rio Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Milad Beigi Harçeqani (-80 kq) və Roman Samodurov (-58 kq) Qran-pri turnirinin ilk yarış günü mübarizə aparmışdır. «Sərhədçi» Olimpiya İdman Mərkəzində keçirilən yarışda Milad Beigi Harçeqani (-80 kq) qızıl medal qazanmışdır. Finala gedən yolda bütün rəqiblərini tam üstünlüklə məğlub edən idmançımız həlledici döyüşdə misirli Seif Eissaya çətinlik çəkmədən qalib gəlib.Millimizin üzvü Roman Samodurov (-58 kq) ilk görüşündə koreyalı idmançı Tae-hun Kimə məğlub olaraq mübarizəni erkən dayandırıb.
  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

XƏBƏR LENTİ