Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Güləşçiulərimiz dünya çempionatına yollanır

Sayta qoyulub: 15:34 07.12.2016 (142 dəfə oxunub)

Dekabrın 10-da Macarıstanın paytaxtı Budapeştdə start götürəcək qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatı üçün Azərbaycanın güləş yığmalarının heyəti açıqlanıb. Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iki gün davam edəcək çempionatda Azərbaycan sərbəst, yunan-Roma və qadın güləşi növlərində hərəyə 2 pəhləvanla təmsil olunacaq. 

Sərbəst güləş yarışlarında baş məşqçi əvəzi Firdovsi Umudov və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Əhmədnəbi Qvarzatilov (61 kq) və Gitinomaqomed Hacıyev (70 kq) çıxış edəcək.

Yunan-Roma güləşində baş məşqçi əvəzi Akif Əliyev və böyük məşqçi İlqar Abdulovun rəhbərliyi altında Həsən Əliyev (71 kq) və Rafiq Hüseynov (80 kq) yarışacaq.

Qadın güləşi yarışlarında isə Alyona Kolesnik (55 kq) və Tatyana Omelçenko (60 kq) mübarizə aparacaq. Onlara baş məşqçi Semyon Çterev və böyük məşqçi Rövşən Umudov rəhbərlik edəcək.

Hakimlər briqadasında Azərbaycanı Olimpiya dərəcəli hakim Hicran Şərifov və beynəlxalq dərəcəli hakim Asif Şirəliyev təmsil edəcək.

İlk yarış günündə sərbəst güləşdə 61 kq, qadın güləşində 55 kq, yunan-Roma güləşində isə 71 kq çəkidə qaliblər müəyyənləşəcək. Dekabrın 11-də sərbəst güləşdə 70 kq, qadın güləşində 60 kq, yunan-Roma güləşində isə 80 kq çəkidə idmançılar mübarizə aparacaq. 

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat