"El-Klassiko" çempionu müəyyənləşdirməyəcək" - Luis Enrike

Sayta qoyulub: 09:47 03.12.2016 (411 dəfə oxunub)

"Nəticə nə olursa-olsun, bu oyunla çempion müəyyənləşməyəcək. Çünki hələ La Liqasının 14-cü turudur. "Real"ı məğlub edərək zirvəyə bir qədər yaxınlaşmaq istəyirik".

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Barselona"nın baş məşqçisi Luis Enrike İspaniya La Liqasının 14-cü turunda "Real"la oyun öncəsi deyib.

İspan mütəxəssis "El-Klassiko"da qələbənin onlar üçün önəmli olduğunu bildirib:

"Çünki bizlə eyni hədəfləri olan rəqibimizlə oynayacağıq. Bu görüşdə qalib gələcəyimiz təqdirdə, bizə olan tənqidlərin azalacağını düşünmürəm.

Qeyd edək ki, "Barselona" - "Real" oyunu bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


 

 

 

qol.az

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ