Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

"Çelsi": ardıcıl 7 qələbənin əsas səbəbləri

Sayta qoyulub: 14:16 02.12.2016 (792 dəfə oxunub)

"Çelsi": ardıcıl 7 qələbənin əsas səbəbləri

Son vaxtlar Avropa futbolunda ən çox danışılan komandalardan biri “Çelsi”dir. London klubu İngiltərə çempionatında ardıcıl 7 oyundur qələbə qazanır. Hərçənd bu uğurlu seriyadan əvvəl 3 görüşdə qalib gələ bilməmişdi. Bəs görəsən, sonradan nə dəyişdi? 

Hər şey “Arsenal”a 0:3 hesablı məğlubiyyətdən sonra başladı. Antonio Konte vəziyyətdən çıxmaq üçün taktiki düzülüşü dəyişmək qərarına gəldi. Komanda növbəti oyuna 3-4-3 sxemiylə çıxdı. Bu variant London klubu üçün düşərli oldu. Belə ki, “Çelsi” səfərdə “Hall Siti”ni məğlub etdi. Sonra ardıcıl qələbələr başladı. 

"Çelsi": ardıcıl 7 qələbənin əsas səbəbləri

Kontenin texniki zonadakı emosionallığı, xarizmazı haqda çox danışmaq olar, ancaq etiraf etmək lazımdır ki, o, taktika sayəsində futbolçulardan düzgün istifadə etməyi bacaran nadir məşqçilərdəndir. Hazırkı taktika da “Çelsi”nin oyunçularının potensialını göstərməyə imkan verir. Diqqət yetirsək, Mozes karyerasının ən uğurlu dövrünü keçirir. Konteyə qədər sonuncu dəfə 2013-cü ilin mayında əsas heyətə daxil edilən nigeriyalı futbolçu sonradan bir neçə ili icarə əsasında digər komandalarda oynamalı oldu. Ancaq indi onun cinahdakı çıxışı göz oxşayır və Mozes artıq London klubunda aparıcı fiqurlardan birinə çevrilib. Pedro fərqli funksiyanı yerinə yetirən, komandaya kifayət qədər fayda verən futbolçu sayılır. Bu günə qədər Kante və Matiçi əsasən dağıdıcı futbolçu kimi tanıyanlar indi onların yeni potensialını görürlər. Fransalı futbolçunun sürətli keçidləri, Matiçin dərinlikdən kəskin ötürmələri mütəxəssislərin fikrini dəyişdi. 

"Çelsi": ardıcıl 7 qələbənin əsas səbəbləri

Yeni taktiki düzülüş ötən mövsümdə fiaskoya uğrayan Eden Hazar üçün də düşərli oldu. Əsas səbəb cinahda yeni simanın oynamasıdı. Əvvəlki sxemdə universal futbolçu sayılan Sesar Aspilikueta hücumlara vaxtında qoşula bilmirdi, buna görə də Hazar tez-tez cinahda tək qalırdı. Ancaq yayda “Fiorentina”dan gələn Markos Alonso bu boşluğu aradan qaldırıb. 

Gəlin, statistikaya da nəzər salaq. Eden Hazar İngitərə karyerasında ilk dəfədir ardıcıl 4 oyunda qol vurur. Əvvəlki mövsümlərlə müqayisədə rəqib qapılarına tərəf 33 faiz çox zərbə endirir. Ümumiyyətlə, Kontenin taktikasının “Çelsi”yə verdiyi fayda haqda ən yaxşı dəyərləndirməni elə belçikalı yarımmüdafiəçi verib: “3-4-3 taktiki sxemi həm müdafiəçilər, həm də hücumçular üçün yaxşıdır. Topu itirərkən, tez bir zamanda geri qaytarmaq və sürətli əks-hücum qurmaq imkanı yaranır. Arxa xəttə isə 3 mərkəz müdafiəçisi daim bir-birini sığortalaya bilir, ən azı rəqibin sürətli hücumunu ləngidir və digər komanda yoldaşlarımızın geri qayıtmasına kömək edir”.

"Çelsi": ardıcıl 7 qələbənin əsas səbəbləri


XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat