Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Olimpiya çempionumuz Faiq Həsənovun iç üzünü açdı: "O, təqdimatı yazmaq üçün 20 min pul alır"

Sayta qoyulub: 14:30 01.12.2016 (197 dəfə oxunub)

Müsahibimiz 1986-cı ildən şahmat bəstəçiliyi ilə məşğul olur. O bu illər ərzində beynalxalq turnirlərdə dəfələrlə qaliblər sırasında yer alıb. Şahmat bəstəçiliyində 2 yeni mövzu tətbiq edib - "Vəlixanov"  və "Qarabağ" mövzuları. Hər iki mövzu beynəlxalq şahmat bəstəçiliyi nəzəriyyəsinə qəbul edilib. 4 dəfə Azərbaycan çempionu və 7 dəfə Azərbaycan kubokunun qalibi olan, 3 il əvvəl Dünya Kubokunda I yeri tutan müsahibimiz bundan başqa, Avropa və dünya çempionatlarından da medallarla ölkəmizə qayıdıb. Bu il Bakıda keçirilmiş Şahmat Olimpiadasında da qızıl medal qazanmış 46 yaşlı müsahibimiz "Şahmat poeziyasına həsr olunmuş ömür" adlı kitabın müəllifidir.

Söhbət Kənan Vəlixanovdan gedir. 

 

Kənan bəyin sözlərinə görə, onun nəticələri yerli federasiya tərəfindən ört-basdır edilir: "1956-cı ildən Beynəlxalq Şahmat Bəstəliçiliyi Federasiyası var. Əvvəllər FİDE-nin tərkibində olsa da, indi müstəqil qurumdur. Mən də şahmat bəstəçiliyi üzrə millimizi təmsil edirəm. Dünya mətbuatında mənim haqda məlumatlar gedir. MDB ölkələrində bu sahə üzrə mükafatçılara fəxri adlar verilsə də, Azərbaycanda bu məsələ ört-basdır edilir. Federasiyanın vitse-prezidenti Faiq Həsənovla bu haqda söhbət etmişəm. O bu məsələni federasiya prezidenti Elman Rüstəmovun üzərinə atır. Lakin faktiki olaraq bütün səlahiyyətlər Faiq Həsənovdadır. Şahmat Olimpiadasının qalibi kimi Serbiyanın paytaxtı Belqraddakı mükafatlandırma mərasiminə mən getməli idim. Çünki Olimpiadada Azərbaycanın bayrağını mən qaldırmışdım. Ancaq mənim əvəzimə 6 nəfər lazımsız adamı ora göndərdilər. Bunların 3-ü nazirlik tərəfindən göndərildi. Halbuki o insanların ora dəxli yox idi. Faiq Həsənov mənim səfər məsələm üçün qeydiyyatda olduğum İmişli Rayon İcra Hakimiyyətinə məktub yazmışdı. İcra Hakimiyyəti də haqlı olaraq yazdı ki, sənin səfər xərclərini Gənclər və İdman Nazirliyi ödəməlidir, biz yox. Bir sözlə, Belqrada getmək üçün mənə yer tapılmadı, ancaq lazımsız adamların ora getməsi üçün pul tapıldı".

Vəlixanov bildirir ki, Faiq Həsənov federasiyada istədiyi özbaşınalıqları edir: "2014-cü ildə mən komandamızı məşq etdirmişəm və İsveçrədə ilk dəfə Dünya Kubokunda II yeri tutmuşuq. Onda Faiq Həsənova demişdim ki, komandanın potensialı var, qalib də ola bilərlər. Ancaq bununla belə mənim sözümə qulaq asılmadı. Özləri bilərlər. Amma büdcədən en qədər pul yeyilir, lakin ortada nəticə yoxdur. Düzdür, Dünya Kubokunun qalibi kimi mənim şəklimi Şahmat Olimpiadasının təqvimində vermişdilər. Lakin bunların hamısı "yuxarılar"a hesabat vermək üçündür. Bunun mənim üçün heç bir xeyri dəyməyib. 2011-ci ildə Dünya Kubokunda III yeri tutanda nazirlik mənə cəmi 120 manat pul verib. Mən şahmat üzrə həm beynəlxalq hakim, həm də beynəlxalq ustayam. Ancaq mənə bizdə iş tapılmır. Bəs bizim şahmat buna görə inkişaf etmir də. Mütəxəssisi gedib xaricdən gətirirlər.

Bakıda Dünya Kuboku keçiriləndə Mahir Məmmədova yaxınlaşıb görüşmək istədiyimi bildirmişdim, mənə telefonunu vermişdi. Ancaq hər dəfə zəng edəndə katibəsi dedi ki, yerində yoxdur. Bir sözlə, ona da görüşüb dərdimi demək mümkün olmadı. Əslində bütün məsələlərə Faiq Həsənov baxır. Ancaq o da hər şeyi öz üzərindən atır. Deyir ki, mənlik deyil. Mən Elman Rüstəmova, Azad Rəhimova 2-3 dəfə məktub yazmışam. Cənab prezidentə yazdığım məktubu da göndəriblər nazirliyə. 2014-cü ildə nazirlikdən mənə dedilər ki, sizin mənzillə təmin olunmağınız üçün federasiyadan sizin nəticələrinizi əks etdirən təqdimat lazımdır. Faiq Həsənov da mənə arayış verdi. Hətta buna görə nazirlikdən güldülər ki, arayış başqadır, təqdimat başqa. Hüquqşünas Aslan İsmayılov bir dəfə status yazmışdı ki, Faiq Həsənov bir təqdimatı yazmaq üçün 20 min pul alır camaatdan".

Bu il beynəlxalq hakim adını qazanmış Vəlixanov onu da bildirir ki, federasiyada korrupsiya baş alıb gedir: "Mənə yer edən odur ki, Azərbaycanı layiqincə təmsil etsəm də, mənə heç "sağol" deyən də olmur. Halbuki Qarabağı dünyaya tanıtmaq üçün bəstəmin 1-nin adını "Qarabağ" qoymuşam. Onda ruslara satılmış insanlar mənə gülürdülər ki, bu nə addır qoymusan. Dedim, "Neva", "Sankt-Peterburq" adları ola bilir, "Qarabağ" olmasın?!

Şahmatdakı nəticələrin zəif olmasının səbəbi incikliyin, ayrı-seçkiliyin olmasındadır. Təsəvvür edin ki, uşaq məşqçilərinə o qədər az pul verilir ki, o, uşaqlara səhər yeməyində deyir ki, günorta üçün "buterbrod" da özünüzlə götürün, pulumuz çatmayacaq. Halbuki uşaqlara ayrılan pullar ciblərə qoyulub. Mən özüm bunun şahidi olmuşam. 40 ölkədən 200 iştirakçı var. Biz Azərbaycanın başını qaldırmağa gedirik, yoxsa başını yerə soxmağa? Belə biabırçılıqlar var. Korrupsiya baş alıb gedir. Məşqçilərdən uşaqları xaricə aparanda rüşvət tələb edirlər. Bu dələduzluğun əsasını federasiyada qoyublar. Bütün bu kimi halların qarşısı alınmasa, şahmatımız inkişaf etməyəcək.

Kompozisiya şahmatın ayrılmaz hissəsidir. Uşaqların riyazi üsulla gedişləri öyrənməsini təmin edir. Bu nöqteyi nəzərdən kitab yazmışam. Öz hesabıma 5-6 min manat xərc çəkib, 100 nüsxə kitab çıxartdım. Bu kitab hər məktəbə 10-15 dənə verilsə, yaxşı olar. Mənim planlarım geniş idi. Artıq məni ruhdan salıblar, şahmata baxa bilmirəm.

Prezidentimiz deyir ki, güclü idmançılarımız ölkəmizə qayıtsın. Mən də 4 il əvvələ kimi Ukraynada yaşayırdım, oranın vətəndaşlığını qəbul etmək imkanım vardı. Gəldim bura ki, ölkəmizə köməyim dəysin. Ancaq laqeydsizliklə üzləşdim".

 

Olimpiya çempionumuz Faiq Həsənovun iç üzünü açdı: "O, təqdimatı yazmaq üçün 20 min pul alır"

 

 

 

 

Qaynarinfo.Az

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat