Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Doğru zamanda çıxıb getmək…

Sayta qoyulub: 10:39 26.11.2016 (309 dəfə oxunub)

Doğru zamanda çıxıb getmək…

 

Neçə illər avtoidmanın zirvəsində yarışmaq üçün əziyyət çəkəndən sonra insanlar niyə təqaüdə çıxırlar? Çarlz Brədli düşünür ki, Censon Batton, Mark Uebber və Felipe Massa doğru zamanda idmandan gedirlər. F-1.az saytı Brədlinin bu yazısını sizin üçün tərcümə edir..

 

Çarlz Brədli: “Elton Con “Məyusam sözünü demək çətindir” (Sorry Seems To Be The Hardest Word) adlı mahnı oxumuşdu, amma mən həm Ser Eltonla, həm də mahnının sözlərini yazan Berni Topinlə razı deyiləm. Məncə, ən çətin söz “görüşərik” sözüdür.

Bu həftəsonu Felipe Massa Formula1-dən gedəcək. Censon üçün də, deyəsən, eyni hal baş verəcək. Bazar günü iki sürücü bir yerdə 555 yarış keçirdərək, Formula1-dən gedəcək. Gələn il onları Ləns Stroll və Stoffel Vandorn əvəz edəcək. İkisinin cəmi yarış sayı isə birdir.

Massa Braziliyadakı son yarışında emosional anlar yaşadı və bu sözləri dedi: “Mükəmməl hiss idi. Nə hiss etdiyimi sözlərlə ifadə edə bilmərəm. Pitə gələndə hamının bokslarından çıxaraq məni qarşıladığını görəndə inanmadım. Yarışın ortasında idik və yarış dayandırılmışdı! Ümid edirəm ki, Censon da bu yarışda eyni hissləri yaşayar, çünki xüsusi hiss idi. Yaşadığım hər şeyə görə minnətdaram”.

Battonun 2018-ci ildə qayıtmaq şansı olsa da, britaniyalı bu barədə düşünmür: “2018-ci il üçün müqaviləm var, amma yenidən Formula1-də yarışmaq istəmirəm. Buna görə də, bu mənim son yarışım olacaq. Hazırda belə düşqnürəm. Formula1-ə böyük xəyallarla gəlirsiniz. Ümid edirəm ki, idmanı çoxlu xarirələrlə buraxaram. 17 illik Formula1 karyeramda çoxlu xatirələrim var. Çoxlu gözəl və həyat dəyişdirən xatirələr… Bəziləri yaxşı, bəziləri pis. Dünya Çempionu kimi idmandan getmək gözəl hissdir. 300-dən çox yarışa çıxdım. Formula1-dəki uğurlarıma görə sevincli ayrılıram”.

Təbii ki Massa və Battonun başqa seriyalarda yarışmaq planları var. Massanın tətildən sonra Formula E, WEC və ya DTM-də yarışması gözlənilir. Battonun isə Yaponiyadakı Super GT və Amerikadakı GRC-də yarışmaq planları var.

İllər keçdikcə bu dəfə yarış karyeralarını birdəfəlik bitirməli olacaqlar və son addımı rəqabətədavamlı olan zaman atmaq lazımdır. Formula1-də 215 yarışa çıxan Mark Uebber də belə etdi və Bəhreyndə peşəkar yarış karyerasını bitirdi. Formula1-dən sonra Dünya Dözümlülük Çempionatına gedərək, 3 il Porsche-nin şərəfini qorudu. Orada 8 qələbə və bir çempionluq qazandı. Avstraliyalı bu seriyadakı, daha doğrusu peşəkar yarış karyerasındakı son yarışında podiuma yüksəldi. Uebber gücünü itirmədən, doğru zamanda idmandan getdi.

Mark Uebber: “Hələ də yaxşı sürürəm. Buna görə də yaxşı sürə bilmədiyim üçün məyus olmaq istəmirəm. Bu cür vəziyyətlə qarşılaşmamaq üçün ayrılıram. Yaşım keçdikcə, daha çox risk görürdüm və bəzi ciddi qəzalardan yaralanmadan çıxdığım üçün şanslıyam. Buna görə də minnətdaram. Hər şeyin bir sonu var. Doğru zamanda gedirəm. Doğrudan da, gözəl mövsüm oldu”.

Yüksək səviyyədə olarkən idmandan gedir. Toni Stüardın Homestead-dakı ayrılığı yadıma düşdü. O səviyyədə olarkən bir mövsüm uzun gələ bilər, amma son dövrəsini atmaq haqqı idi.

Formula1-də istifadə müddəti bitməyə yaxın sürücülər Kimi Rəykkönen və Fernando Alonsodur. Kimi Formula1-dən başqa seriyalarda yarışıb. F1-dən ayrıldığı vaxt WRC, NASCAR kimi seriyalarda mübarizə aparıb və LMP1 avtomobilini test edib. Alonso da növbəti mövsümlərdə WEC-də yarışmağı planlaşdırır.

Bəs sonra nəsil dəyişikliyində növbə kimə gələcək? Lyuis Həmilton və Niko Rosberq bu qrupa yaxınlaşır. Bəs onlar üçün “sarı kərpicli yola” vida mahnısını kim oxuyacaq?”

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat