Superliqada bir oyun təxirə salındı

Sayta qoyulub: 21:29 18.11.2016 (339 dəfə oxunub)

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında təqvim dəyişikliyi olub. Voleybol Federasiyasından verilən xəbərə görə, IV tur çərçivəsində baş tutmalı olan “Lokomotiv” – “Azərreyl” görüşü təxirə salınıb.

 

Buna səbəb Vüqar Əliyevin komandasının Naxçıvan Muxtar Respublikası İdman və Gənclər Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışda iştirakıdı. Matçın nə vaxt oynanılmasına yaxın günlərdə aydınlıq gələcək. 

XƏBƏR LENTİ