ABU-nun iki potensial rəqibi müəyyənləşib

Sayta qoyulub: 20:12 17.11.2016 (445 dəfə oxunub)

Bakının ABU həndbol klubunun “Çelenc Cup”ın 1/8 final mərhələsində 2 potensial rəqibinin adı dəqiqləşib. Təmsilçimiz kimi daha 2 komanda III təsnifat mərhələsini qələbə ilə bitirib. Bunlar Kosovonun “Şqipona” və Hollandiyanın “Quintus” klublarıdı. Onlar müvafiq olaraq, İsrail “Makkabi”sini və Bosniya və Herseqovinanın “Mira Priyedor”unu yarışdan kənarlaşdırıblar. Digər rəqiblərin adına isə həftəsonu aydınlıq gələcək. Qeyd edək ki, ABU III təsnifat mərhələsində Belçikanın “Femina Vize” komandasını mübarizədən kənarlaşdırıb. 

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

XƏBƏR LENTİ