DÇ-nin ilk günündə bürünc medal

Sayta qoyulub: 13:17 17.11.2016 (434 dəfə oxunub)

Kanadanın Burnabı şəhərində gənclər arasında dunya birinciliyi keçirilir. Ötən gün start götürən mundialda gənclərdən ibarət millimiz 14 idmançı ilə təmsil olunur. 102 ölkədən 846 gənc taekvondoçunun mübarizə apardığı yarışın ilk günü komandamız bürünc medal əldə etməyi bacarıb.

Baş məşqçi Məmməd Abdullayevin yetirmələrindən 45 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Ayaz Qəmbərli yarlmfinala kimi (Nikolas Delaye 14:0, Omar Şarakı 7:1, Rabil Sagitzanov 14:4) inamla irəliləsə də, finala adını yazdıra bilməyib. Belə ki, yarımfinalda Çin Taypeyli idmançı Çanq Çenq-Çunla gərgin keçən döyüşdə qızıl xalı rəqib öz hesabına yazmağı bacarıb. Ayaz bu mötəbər yarışdan bürünc medalla ayrılıb.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

XƏBƏR LENTİ