Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Azərbaycanın güləş yığmaları Avropa Millətlər Kubokunda iştirakdan imtina edib

Sayta qoyulub: 11:50 15.11.2016 (257 dəfə oxunub)

Azərbaycanın güləş üzrə yığmaları noyabrın 16-da Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa Millətlər Kubokunda iştirakdan imtina edib.  Bu barədə Rumıniya Güləş Federasiyasının baş katibi Alin Grigorie məlumat verib.

Onun sözlərinə görə, buna səbəb Azərbaycan yığmalarının 24-26 noyabrda Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə keçiriləcək "Qızıl Qran Pri"nin final mərhələsinə yaxşı hazırlaşmaq istəmələridir.

Noyabrın 19-da başa çatacaq kubokda Almaniya, Türkiyə, Ukrayna, Belarus, Rusiya, Gürcüstan, Ermənistan və ev sahibi Rumıniya yığmaları mübarizə aparacaqlar. Noyabrın 18-də ilk olaraq mübarizəyə qadın güləşçilər və sərbəst güləş yığmaları qoşulacaqlar. Qadın güləşində Rumıniya, Ukrayna, Belarus, Rusiya və Almaniya komandaları, sərbəst güləşdə isə Rumıniya, Gürcüstan, Rusiya, Ukrayna və Belarus milliləri ilə yarışacaqlar.

Yarışın son günündə isə mübarizə yunan-Roma güləşi üzrə komandalar arasında baş tutacaq. Yunan-Roma güləşində Rumıniya, Rusiya, Ermənistan, Türkiyə və Ukrayna komandaları ilə mübarizə aparacaqlar.

Buxarest şəhərinin "Apollo Polyvalent" idman zalında keçiriləcək yarışlar Bakı vaxtı ilə saat 11:30-da başlayacaq. Final qarşılaşması isə saat 20:30-da baş tutacaq.

Report

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ

    istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
    Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
    Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
    cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat