Taekvondoçularımız Kanadaya yollandı

Sayta qoyulub: 14:21 14.11.2016 (453 dəfə oxunub)

Azərbaycanın gənclərdən ibarət taekvondo üzrə millisi noyabrın 16-20-də Kanadanın Burnabı şəhərində təşkil ediləcək dünya birinciliyində iştirak edəcək. 102 ölkədən 846 taekvondoçunun mübarizə aparacağı yarışda millimiz səkkiz oğlan və altı qız idmançı ilə təmsil olunacaq.

Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov dünya birinciliyinə qatılacaq heyətə Ayaz Qəmbərli (45 kq), Cavid Məmmədov (48 kq), Bəhruz Quluzadə (51 kq), Qaşım Maqomedov (55 kq), Əli Məmmədov (59 kq), Nicat Musayev (63 kq), Əliəsgər Əliyev (68 kq) və Mert Çiçeyi (73 kq), qızlardan isə Mehriban Məmmədova (42 kq), Aliyə Zeynalova (44 kq), Nərgiz Mirzəyeva (46 kq), Sevda Pirseyidova (49 kq), Leyla Məmmədova (52 kq) və Diana Hacıəliyevanı (55 kq) daxil edib.

Dörd gün davam edəcək birincilik Burnabi şəhərinin “Bill Copeland” idman arenasında keçiriləcək.

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Kanadaya yollanmış komandamız noyabrın 21-də Vətənə qayıdacaq.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

XƏBƏR LENTİ