"Formula-1"in 2017-ci il Bakı mərhələsi üçün ən baha bilet 520 dollara olacaq

Sayta qoyulub: 20:46 08.11.2016 (409 dəfə oxunub)

"Formula-1" maşın sinfində avtomobil yarışları üzrə dünya çempionatının 2017-ci ildə keçiriləcək Bakı mərhələsi üçün ən baha bilet 520 dollara olacaq. Bu barədə jurnalistlərə mərhələnin promouteri Arif Rəhimov məlumat verib.

"Qran-pri üçün bilet satışlarına dekabrın 1-dən başlanacaq, biz bunu tezliklə elan edəcəyik. Ən bahalı bilet 520 dollara olacaq, lakin biz biletləri yerli valyuta olan manatla satacağıq. Ən ucuz bilet 40 dollara başa gələcək", - deyə Rəhimov bildirib.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ