Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

"Qalib gəlmək istəyirik" - Qurban Qurbanov

Sayta qoyulub: 20:17 02.11.2016 (366 dəfə oxunub)

Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah PAOK-un qonağı olacaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. 

- Sabah bizi ağır oyun gözləyir. Futbolçular da istəyir ki, bu oyundan yaxşı nəticə ilə ayrılsın. Rəqib məşqçinin fikirləri ilə tanışam. O, bu görüşün onlar üçün vacib olduğunu deyir. Onları başa düşürük. Ancaq qarşıda daha 2 oyun var. Sabah yaxşı mübarizə aparmalıyıq. Futbolçularımız xarakter nümayiş etdirməlidilər. Qalib gəlmək istəyirik. Ancaq oyunun gedişində hər şey ola bilər. Məğlub olacağımız halda belə, qarşıdakı iki oyunda 6 xal toplayıb mərhələ adlaya bilərik. Ancaq sabahkı oyunda qarşımıza əsas məqsəd kimi uduzmamağı qoymuşuq.

- Sabahkı oyunda meydanda fərqli PAOK gözləyirsiz?

- PAOK ev oyunlarında tam fərqli, daha aqressiv oynayır. Rəqib nə qədər təzyiq etsə də, müdafiədə diqqətli oynamalıyıq. Hücumda da dəqiq oynamalıyıq. Bu komandanın oyunçuları topla yaxşı davranır. Ancaq buna baxmayaraq, hücumlarımızı davam etdirməliyik. Oyunun əvvəlindəki təzyiqdən tezliklə yaxa qurtarmağa çalışacağıq.

- Növbəti mərhələyə kimin keçəcəyini düşünürsüz - PAOK, yoxsa “Qarabağ”?

- Özümüzün keçməsini istəyirəm, ancaq necə olacaq bilmirəm (gülür).

- Rəşad Sadıqov, Reynaldo və Miçel sabah meydana çıxacaq?

- Hələ dəqiq bilinmir. Ola bilsin, sabah bu üç futbolçudan hansısa meydana çıxsın.

- “Qarabağ” sabah ilk oyundakı kimi hücum futbolu sərgiləyəcək, yoxsa əks-hücum taktikasına üstünlük verəcək?

- Futbolda hər bir nəticəyə hazır olmalısan. Həmişə meydan sahibləri daha inamlı, hücumameyilli oyun sərgiləyir. Sabah müdafiə olunmaq lazımdısa, müdafiə olumalıyıq, hücum etmək lazımdısa, hücum etməliyik. Bu, oyunun gedişindən asılıdır. Sabah bütün oyunu müdafiə olunmaq istəməzdim. Məncə, sabah meydanda həm hücum görəcəyik, həm müdafiə, həm də əks-hücum.

- PAOK çılğın azarkeşlərə malikdir. Ancaq “Qarabağ” bu cür komandalarla dəfələrlə qarşılaşıb. Əminliklə deyə bilərik ki, bu amil sabah komandaya mənfi mənada təsir etməyəcək?

- Futbolçu çoxlu azarkeş qarşısında oynamaqdan həzz almalıdır. Sabah bizim azarkeşlər də burda olacaq. Düzdür, onların sayı rəqibdən az olacaq, ancaq bu, bizə mənfi təsir etməyəcək. İstəyərdim ki, həmin azarkeşlər 90 dəqiqə komandanı qələbəyə səsləsin. Bakıda olduğu kimi. Sabah biz azarkeşləri yox, oyunu düşünəcəyik.

 

"Qalib gəlmək istəyirik" - Qurban Qurbanov

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat