Karateçilərimiz dünya çempionatını 3 medalla başa vurdu

Sayta qoyulub: 19:19 31.10.2016 (432 dəfə oxunub)

Avstriyanın Lints şəhərində keçirilən 23-cü dünya çempionatını Azərbaycan karateçiləri 3 medalla başa vurub. Medallardan biri qızıl, biri gümüş, biri isə bürüncdür.

75 kq çəkidə çıxış edən Rafael Ağayev 5-ci dəfə dünyanın ən güclüsü adına sahib çıxıb. 84 kq-da yarışan Ayxan Mamayev gümüş, 60 kq-da Firdovsi Fərzəliyev isə bürünc medal əldə edib.

Komanda yarışlarının bürünc mükafatı uğrunda görüşdə isə Fransa yığmasına uduzan Azərbaycan millisi 5-ci yerlə kifayətlənib.  Bu nəticə ilə Azərbaycan komandası Avropa ölkələri arasında isə 2-ci olub.

Yarışın təntənəli bağlanış mərasimində Dünya karate Federasiyasının (WKF) prezidenti Antonio Espino Rafael Ağayevə və dünyanın daha 5 ən titullu karateçisinə "Karatenin ən yaxşıları" üçün nəzərdə tutulan hədiyyələr təqdim edib. 

Qeyd edək ki, dünya çempionatında 118 ölkədən 1025 idmançı iştirak edib. 

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ